ADA Universitetində keçirilən Bakı Yay Enerji Məktəbi çərçivəsində GL Group-un Xarici Əlaqələr və Kommunikasiyalar üzrə Qrup Vitse-Prezidenti İlqar İbrahimli çıxışçı qismində iştirak edib.
“Enerjinin Dəyəri: Qlobal Enerji Ticarətini Formalaşdıran İqtisadi Amillər” mövzusuna həsr olunmuş sessiyada qlobal enerji bazarlarını və beynəlxalq enerji ticarətini formalaşdıran iqtisadi amillər müzakirə olunub. Təqdimat zamanı bazar dinamikaları, investisiya qərarlarına təsir edən faktorlar, geosiyasi mühit və enerji sənayesinin uzunmüddətli inkişaf meyilləri ətrafında fikir mübadiləsi aparılıb.
Bakı Yay Enerji Məktəbi kimi təşəbbüslər tələbələr, gənc mütəxəssislər və sənaye nümayəndələri arasında bilik və təcrübə mübadiləsi üçün mühüm imkanlar yaradır. Akademik mühitlə sənaye arasında qurulan dialoq enerji sektorunun gələcəyini formalaşdıracaq yeni nəslin inkişafına töhfə verir.
GL Group təhsil, peşəkar inkişaf və sənaye ilə akademik dairələr arasında əməkdaşlığı təşviq edən təşəbbüsləri dəstəkləməyə davam edir. Bu dəyərli platformanı yaratdıqları üçün ADA Universitetinə və Bakı Yay Enerji Məktəbinin təşkilatçılarına təşəkkür edirik.