GL Group-un Baş İcraçı Direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov SLB-nin Azərbaycan, Türkmənistan və Gürcüstan üzrə yeni təyin olunmuş İdarəedici Direktoru Culiya Qridasovanı və Xəzər regionu və Özbəkistan üzrə Quyu Tikintisi Bölməsinin Meneceri Zaur Əliyevi GL Group-un Baş Ofisində qəbul etdi.
Görüş zamanı neft-qaz sektorundakı inkişaf tendensiyaları ətrafında fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu, GL Group ilə SLB arasında potensial əməkdaşlıq imkanları nəzərdən keçirildi.
SLB ilə aparılan konstruktiv müzakirələri və peşəkar əlaqələrimizi möhkəmləndirmək imkanını yüksək qiymətləndiririk. Gələcəkdə bu dialoqu davam etdirməyə və əməkdaşlıq imkanlarını araşdırmağa ümid edirik.