• WTI

    89.66 USD
  • Brent

    100.7 USD
  • Urals

    114.76 USD
  • Azeri Light

    124.61 USD
GL Group Londonda keçirilən 47-ci Energy Intelligence Forum-da iştirak edir

GL Group Londonda keçirilən 47-ci Energy Intelligence Forum-da iştirak edir

GL Group 5–6 oktyabr 2026-cı il tarixlərində Londonda keçirilən 47-ci Energy Intelligence Forum-da iştirak edir. Qırx ildən artıq tarixə malik Forum qlobal enerji sektoruna təsir göstərən aktual məsələlərin müzakirəsi üçün enerji şirkətlərinin yüksək səviyyəli rəhbərlərini, siyasətçiləri, dövlət qurumlarının nümayəndələrini, maliyyə sektoru təmsilçilərini və sahə üzrə ekspertləri bir araya gətirir.

GL Group-u Forumda Qrupun Baş İcraçı Direktoru və Məşvərət Şurasının Sədri Asif Zeynalov, Qrupun Baş Maliyyə Direktoru Emil Cəbrayılzadə, Xarici Əlaqələr və Kommunikasiya üzrə Qrup Vitse-Prezidenti İlqar İbrahimli və Qrup üzrə Xüsusi Layihələr Direktoru və Aparat Rəhbəri İsmayıl Dadaşov təmsil edirlər.

Forum GL Group nümayəndə heyətinə bazardakı inkişaflar və geosiyasi prioritetlər ətrafında sektorun aparıcı nümayəndələri ilə fikir mübadiləsi aparmaq, eləcə də beynəlxalq enerji icması ilə əlaqələri daha da möhkəmləndirmək imkanı yaradır.