• WTI

    90.51 USD
  • Brent

    94.89 USD
  • Urals

    84.85 USD
  • Azeri Light

    104.98 USD
GL Group Baker Hughes nümayəndə heyətini TOC və GLTS-in əməliyyat sahələrində qəbul edib

GL Group Baker Hughes nümayəndə heyətini TOC və GLTS-in əməliyyat sahələrində qəbul edib

GL Group olaraq tərəfdaşlığımız çərçivəsində Baker Hughes-dan olan həmkarlarımızı afilə şirkətlərimiz olan “Taghiyev Operating Company” (TOC) və “GL Technical Services” (GLTS)-də qəbul etdik. Görüş həm fəaliyyətimiz və əməliyyatlarımız barədə daha yaxından məlumat vermək, həm də gündəlik işimizin sahədə necə həyata keçirildiyini birbaşa göstərmək üçün yaxşı imkan yaratdı.

Proqram çərçivəsində qonaqlarımız TOC-nin Qala ofisində Mərkəzləşdirilmiş İdarəetmə Otağı ilə tanış oldular, daha sonra Buzovna Terminalına, 1392 saylı quyuya və GLTS bazasına səfər etdilər. GLTS-də həmçinin quyuların əsaslı təmiri qurğusunun fəaliyyəti barədə təqdimat keçirildi. Bu görüş bizə yalnız əməliyyatlarımızı təqdim etmək deyil, həm də Baker Hughes-un müxtəlif funksiylarından olan mütəxəssislərlə təcrübə və fikirləri bölüşmək imkanı verdi.

Belə görüşlərin uzunmüddətli tərəfdaşlığımız çərçivəsində açıq fikir mübadiləsi və qarşılıqlı öyrənmə üçün yaxşı imkan yaratdığına inanırıq.