• WTI

    89.66 USD
  • Brent

    100.7 USD
  • Urals

    114.76 USD
  • Azeri Light

    124.61 USD
GL Group-un Baş İcraçı Direktoru və Məşvərət Şurasının Sədri Asif Zeynalov Energy Intelligence Forum 2026-da çıxış edib

GL Group-un Baş İcraçı Direktoru və Məşvərət Şurasının Sədri Asif Zeynalov Energy Intelligence Forum 2026-da çıxış edib

GL Group-un Qrup Baş İcraçı Direktoru və Məşvərət Şurasının Sədri Asif Zeynalov Londonda keçirilən Energy Intelligence Forum 2026 çərçivəsində “Yaxın Şərq, Xəzər dənizi və Qafqazda enerji dayanıqlılığı” sessiyasında çıxış edib.

Müzakirə zamanı cənab Zeynalov Azərbaycanın dünya səviyyəli enerji aktivlərini, formalaşmış infrastrukturunu, təcrübəli kadr potensialını və güclü sənaye ekosistemini xüsusi qeyd edərək ölkənin enerji sektorunun beynəlxalq investorlar üçün cəlbediciliyi barədə GL-in müstəqil operator kimi mövqeyini iştirakçılarla bölüşüb.

O, həmçinin GL Group-un inkişaf strategiyası, portfelin idarə olunması və uzun müddətdir hasilatda olan aktivlərdən dəyər yaratmağa yanaşması barədə danışaraq, Qrupun kapitalın intizamlı şəkildə bölüşdürülməsinə, əməliyyat çevikliyinə, texnologiyalara və davamlı öyrənməyə xüsusi önəm verdiyini qeyd edib. Asif Zeynalov GL Group-un Şimali Amerika və Yaxın Şərq bazarlarına marağından, eləcə də bu bazarlar inkişaf etdikcə güclü yerli əlaqələrin və tərəfdaşlıqların qurulmasının əhəmiyyətindən danışıb.

Müzakirə zamanı uzunmüddətli dəyər yaratmaq üçün əməkdaşlığın, çevikliyin və davamlı öyrənmənin əhəmiyyəti, eləcə də GL Group-un müxtəlif bazarlarda uyğun aktiv və imkanlar üzrə özünü doğrultmuş təcrübə və bacarıqlarından istifadə etmək yanaşması vurğulanıb.