• WTI

    87.32 USD
  • Brent

    93.52 USD
  • Urals

    72.96 USD
  • Azeri Light

    99.4 USD
Yeni əməkdaşımız- Aynur Namazova

Yeni əməkdaşımız- Aynur Namazova

Məmnuniyyətlə bildiririk ki, Aynur Namazova 12 noyabr 2026-cı il tarixindən etibarən GL Group MMC-də Mühəndislik və layihələr üzrə direktor vəzifəsinə təyin edilir.

Aynur mühəndislik, layihələrin idarə edilməsi, eləcə də mühəndislik layihələri çərçivəsində satınalma və tikinti proseslərinin koordinasiyası üzrə 15 illik beynəlxalq təcrübəyə malikdir. O, Azərbaycan, Türkiyə, Rusiya və Avropada həyata keçirilən irimiqyaslı layihələrin icrasında iştirak etmişdir. Onun əsas peşəkar fəaliyyətinə genişmiqyaslı layihələrin idarə edilməsi, orijinal avadanlıq istehsalçılarının aktivlərinin idarə olunması, texnologiyaların transferi, əks mühəndislik, tədqiqat və inkişaf, səmərəli idarəetmə (Lean management) metodologiyalarının tətbiqi və müqavilələrin idarə edilməsi daxildir.

Peşəkar fəaliyyəti ərzində Aynur mühəndislik sahəsindəki texniki biliklərini layihələrin idarə edilməsi və texniki rəhbərlik üzrə təcrübəsi ilə birləşdirərək müxtəlif texniki və rəhbər vəzifələrdə çalışmışdır. GL Group-a qoşulmazdan əvvəl o, Glensol şirkətində Mühəndislik üzrə menecer vəzifəsində çalışmışdır.

Yeni vəzifəsində Aynur, mühəndislik və layihələrin idarə edilməsi funksiyalarının inkişafına, mühəndislik standartlarının və texniki həllərin təkmilləşdirilməsinə, layihələrin planlaşdırılması və icrasında texniki keyfiyyətin, əməliyyat səmərəliliyinin və icra intizamının təmin edilməsinə cavabdeh olacaq. O, həmçinin innovativ mühəndislik həllərinin və qabaqcıl texnologiyaların tətbiqinə rəhbərlik edəcək.

Aynur Bauman adına Moskva Dövlət Texniki Universitetinin məzunudur. O, Mexanika və İstehsalat Mühəndisliyi ixtisası üzrə bakalavr və magistr dərəcələrini qazanmışdır. Bununla yanaşı, İstehsalat və səmərəli idarəetmə (Lean management) üzrə magistr dərəcəsinə, eləcə də Layihələrin İdarə Edilməsi Ofisinin rəhbəri (Head of Project Management Office) üzrə beynəlxalq sertifikata malikdir.

Komandamıza yeni qoşulan Aynura fəaliyyətində uğurlar arzu edirik!