WTI
84.16 USDBrent
89.65 USDUrals
85.39 USDAzeri Light
98.19 USDAsif Zeynalov 2019-cu ilin aprel ayında GL-in Baş İcraçı Direktoru vəzifəsində işə başlayıb. Neft və qaz sənayesində müxtəlif texniki və rəhbər vəzifələrdə 30 ildən çox təcrübəyə malik Asif GL-in ümumi uğuruna, şirkətin strategiyasının yaradılmasına, planlaşdırılmasına, həyata keçirilməsinə və inteqrasiyasına cavabdehdir.
Asif əmək fəaliyyətinə 1984-cü ildə Neft Emalı Zavodunda mexanik kimi başlayıb, 1985-1987-ci illərdə Sərhəd Xidmətində hərbi xidmətdə olub.
O, universiteti bitirdikdən sonra karyerasını 1992-1995-ci ilərdə Neft Emalı Zavodunda yanğından mühafizə zabiti kimi davam etdirib. Asif 1995-ci ildən karyerasını bp-də davam etdirərək 2019-cu ilə qədər bir sıra mühüm vəzifələrdə çalışıb:
Asif Azərbaycan Texniki Universitetində Nəqliyyat Mühəndisliyi ixtisası və Azərbaycan Dövlət Neft Akademiyasında Maşınqayırma mühəndisliyi ixtisası üzrə bakalavr təhsili allb. Massaçusets Texnologiya İnstitutunun (MIT, ABŞ) Əməliyyatlar Akademiyası Sloan İdarəetmə Məktəbinin məzunudur. O, 2002-ci ildə Böyük Britaniyada Liderlik İnkişaf Proqramını bitirib.
Böyük fövqəladə halların neft və qaz menecmentində ixtisaslaşmış Asif dənizdə və quruda bir sıra irimiqyaslı fövqəladə halları idarə edib.
O, 2004-cü ildə ölkənin neft-qaz sektorunda xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.
Qrup Baş İcraçı Direktoru və Məşvərət Şurasının Sədri
Elman Seyidov 2024-cü ilin oktyabr ayında GL Group-un Azərbaycandakı əməliyyatlar üzrə Baş vitse-prezidenti təyin edilib.
Neft-qaz və aviasiya sektorlarında 30 ildən çox bir sıra rəhbər vəzifələrdə çalışan Elman təhlükəsiz, etibarlı və sərfəli əməliyyatların idarə edilməsində geniş strateji və taktiki təcrübəyə malik ixtisaslı mexanik-mühəndisdir. bp-də, Şimal dənizində iş təcrübəsi qazanmış Elman son 18 il ərzində bp Azərbaycanda bir sıra texniki və rəhbər vəzifələrdə çalışıb:
Elman Azərbaycan Dövlət Neft Akademiyasını neft və qaz yataqları avadanlıqlarının maşınqayırma mühəndisliyi ixtisası üzrə bitirib.
Azərbaycandakı Əməliyyatlar üzrə Qrup Baş Vitse-Prezidenti
Emil 2020-ci ilin may ayında Qrupun Baş İcraçı Direktoruna hesabat verən Baş Maliyyə Direktoru vəzifəsinə təyin edilib.
Yeni və genişlənən bizneslərdə daxili əməliyyat və maliyyə nəzarətinin, eləcə də proseslərin qurulmasında ixtisaslaşan Emil müxtəlif sahələrin (telekommunikasiya, neft və qaz, tikinti, pərakəndə satış, daşınmaz əmlak, yerləşdirmə və iaşə, səyahət və kənd təsərrüfatı) auditi və maliyyəsi üzrə 10 illik zəngin təcrübəyə malikdir.
Emil aşağıdakı vəzifələrdə çalışıb:
Emil Diplomlu Sertifikasiyalı Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants ) FCCA diplomunu alıb.
Qrupun Baş Maliyyə Direktoru
Fəridə Ağayeva 2021-ci ilin noyabr ayında Qrupun Baş İcraçı Direktoruna hesabat verən İnsan Resursları üzrə Baş Direktor vəzifəsinə təyin edilib.
Milli və beynəlxalq inşaat, eləcə də dəniz neft və qaz üzrə EPCI (Mühəndislik, Satınalma, İnşaat və Quraşdırma) şirkətlərində 15 ildən çox müxtəlif İR təcrübəsinə malik Fəridə uzun illər bir sıra yüksək vəzifələrdə çalışıb:
Fəridə Azərbaycan Dövlət İqtisad Universitetində MBA (Biznes idarəçiliyi üzrə magistr) və BBA (Biznes idarəçiliyi üzrə bakalavr) dərəcələrinə yiyələnib. O, həmçinin West Texas A&M Universitetində Maliyyə ixtisası üzrə təhsili alıb.
İnsan Resursları üzrə Baş Direktor
İlqar İbrahimli Qrupun Baş İcraçı Direktoruna hesabat verən Xarici Əlaqələr və Kommunikasiyalar üzrə Vitse-Prezident vəzifəsini icra edir. İlqar GL Group-a 2023-cü il iyunun 1-də qoşulub.
İlqar İbrahimli dövlət orqanları, beynəlxalq təşkilatlar və biznesdə 20 ildən çox təcrübəsi olan, hökumətlə əlaqələrin və strateji münasibətlərin qurulması üzrə böyük nailiyyətlər qazanmış peşəkardır.
GL Group-dan əvvəl o, uzun müddət ATƏT-in Mərkəzi Asiyada ən böyük missiyası olan ATƏT-in Düşənbədəki Proqram Ofisində Baş müşavir vəzifəsində çalışıb. İlqar siyasi-hərbi, iqtisadi-ekoloji və humanitar təhlükəsizlik üzrə proqramların tətbiqi vasitəsilə Ofisin siyasi mandatının icrası üçün strateji liderliyin təmin olunması və məsləhətlərin verilməsi prosesinə rəhbərlik edib. Bundan əvvəl o, “Azərfon” MMC-də Marketinq və kommunikasiya üzrə direktor və eləcə də Avropa Şurasının Azərbaycandakı İnformasiya Ofisinin direktoru vəzifəsində çalışıb.
O, peşə fəaliyyətinə Azərbaycanın Milli Televiziya və Radio Şurasında Beynəlxalq əlaqələr departamentinin rəhbəri qismində başlayıb.
İlqar Bakı Dövlət Universitetində tarix üzrə bakalavr, Avropa və Amerikanın yeni və ən yeni tarixi üzrə magistr təhsili alıb.
İlqar sərhəd qoşunlarının potensialının gücləndirilməsi istiqamətində göstərdiyi xidmətlərə görə 2023-cü ilin may ayında Tacikistanın Sərhəd Qoşunlarının Komandanı tərəfindən medalla təltif olunub.
Xarici Əlaqələr və Kommunikasiya üzrə Qrup Vitse-Prezidenti
Nəzər Bayramov 2023-cü ilin aprel ayında Qrupun Baş İcraçı Direktoruna hesabat verən Satınalma ve Təchizat üzrə Baş Direktoru vəzifəsinə təyin edilib.
Nəzər neft və qaz sahəsində yüksək ixtisaslı satınalma mütəxəssisi kimi bp Azərbaycan şirkətində bir sıra yüksək rəhbər vəzifələrdə çalışıb. O, quyular və logistika müqavilələri, satınalmalar və təchizatçıların fəaliyyətinin idarə edilməsi sahəsində iyirmi ilə yaxın dərin təcrübəyə malikdir.
GL-ə qoşulmazdan əvvəl o, bp-də Logistika Satınalmaları üzrə Baş Menecer vəzifəsində çalışaraq hasilat və emal sahələri üzrə bp Global yanacaq strategiyalarının işlənib hazırlanmasına və həyata keçirilməsinə, eləcə də birgə təchizatçı əlaqələri vasitəsilə qlobal miqyasda strateji təchizatçı iş performansının idarə edilməsinə məsul olub.
Nəzər Azərbaycan Dövlət İqtisad Universitetində Menecment üzrə bakalavr dərəcəsinə və İstanbuldakı Mərmərə Universitetində Biznes idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib. O, CIPS-in (Chartered Institute of Procurement and Supply, Sertifikatlı Tədarük və Təchizat İnstitutu) sertifikatını qazanıb.
2019-cu ildə Nəzər neft-qaz sənayesinin inkişafındakı xidmətlərinə görə SOCAR tərəfindən Fəxri Fərmanla təltif edilib.
Satınalma və Təchizat üzrə Baş Direktor
Pərviz Təhməzov Qrupun Baş İcraçı Direktoruna hesabat verən Hüquq və Komplayens üzrə Baş Direktor vəzifəsində çalışır.
GL-ə bp-dən qoşulan Pərviz son 10 il yarımda bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə Regionu üzrə (AGTR) Hüquq Departamentində çalışıb. O, son illər bp AGTR-in uyğunluq riskinin monitorinqi qrupunda problemlər prosesinin idarə olunmasına, bp AGTR-nin Etika və Uyğunluq komandası daxilində məsləhət/kommunikasiya qrupunun fəaliyyətinə rəhbərlik edib. Pərviz həmçinin 5 ildən çox Grata Beynəlxalq Hüquq firmasında baş hüquqşünas kimi fəaliyyət göstərərək, əsasən, kommersiya/korporativ/neft və qaz hüququ məsələlərinə rəhbərlik edib. Bundan əvvəl isə o, Amerika Hüquqşünaslar Assosiasiyasının Azərbaycandakı ofisində təxminən 5 il Hüququn Aliliyi üzrə İşçi Vəkil, həmçinin Dünya Bankı Qrupunun maliyyələşdirdiyi bir sıra layihələrdə milli hüquq eksperti kimi fəaliyyət göstərib.
Pərviz Xəzər Universitetinin Beynəlxalq Münasibətlər və Hüquq fakültəsinin məzunudur.
Pərviz həm də Azərbaycan Antidopinq Agentliyinin İntizam Komitəsinin sədr müavini vəzifəsində çalışır.
Hüquq və Komplayens üzrə Baş Direktor
Bill Pardyu 2026-cı ilin avqust ayında GL Group-un Şimali Amerika üzrə İcraçı Vitse-Prezidenti vəzifəsinə təyin edilib.
Billin neft-qaz kəşfiyyatı və hasilatı sənayesində 30 ildən artıq təcrübəsi var. Onun peşəkar fəaliyyəti lay mühəndisliyi, yataq əməliyyatları, aktivlərin satın alınması, biznesin inkişafı və rəhbər vəzifələr üzrə geniş təcrübəni əhatə edir. O, əmək fəaliyyətinə Meridian Oil/Burlington Resources şirkətində hasilat və lay mühəndisi kimi başlayıb, daha sonra ailə investisiya ofisinə məxsus özəl neft-qaz şirkətində, Enduro Resource Partners və Encore Acquisition Company şirkətlərində yüksək rəhbər vəzifələrdə çalışıb. Karyerası boyunca hasilat aktivlərini idarə edib, çoxprofilli komandalara rəhbərlik edib və ABŞ-ın bir sıra aparıcı neft-qaz hövzələrində kəşfiyyat və hasilat imkanlarının qiymətləndirilməsinə və inkişaf etdirilməsinə töhfə verib.
Bill Texas Texnologiya Universitetində Neft-Qaz Mühəndisliyi üzrə bakalavr, Texas Xristian Universitetində isə Biznesin İdarə Edilməsi üzrə magistr dərəcəsi alıb. O, həmçinin Texas ştatında lisenziyalı peşəkar mühəndisdir (P.E.) və Neft Mühəndisləri Cəmiyyətinin (SPE), Müstəqil Peşəkar Yer Elmləri Mütəxəssisləri Cəmiyyətinin (SIPES), eləcə də Texas Texnologiya Universitetinin Neft-Qaz Mühəndisliyi Akademiyasının fəal üzvüdür.
Şimali Amerika üzrə İcraçı Vitse-Prezident
Fərid Bağırov 2026-cı ilin avqust ayında GL Group-un Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti vəzifəsinə təyin edilib.
Fərid 2025-ci ilin avqustunda Qrupun Kommersiya Direktoru vəzifəsində GL Group-a qoşulub və Qrupumuzun kommersiya gündəliyinin və strateji inkişaf planlarının həyata keçirilməsində mühüm rol oynayıb. Ötən dövr ərzində o, biznesin inkişafı üzrə əsas təşəbbüslərə əhəmiyyətli töhfə verib, birləşmə və satınalma fəaliyyətlərimizi dəstəkləyib və fəaliyyətimizi genişləndirdikcə kommersiya imkanlarımızın gücləndirilməsinə kömək edib.
Fərid Böyük Britaniya, BƏƏ və Omandakı beynəlxalq təyinatlar da daxil olmaqla, neft-qaz sənayesində 18 ildən artıq təcrübəyə malik biznesin inkişafı və kommersiya fəaliyyəti üzrə təcrübəli rəhbərdir. Karyerası boyunca o, dəyəri bir neçə milyard ABŞ dolları olan portfellər üçün regional neft-qaz strategiyaları hazırlayıb və yeni ölkə bazarlarına giriş imkanları da daxil olmaqla, biznesin inkişafı üzrə iri sövdələşmələri uğurla həyata keçirib.
GL Group-a qoşulmazdan əvvəl Fərid bp-nin Londondakı ofisində Birləşmələr və satınalma (M&A) komandası üzrə menecer vəzifəsində çalışıb və burada o ümumi dəyəri 500 milyon ABŞ dollarından çox olan layihələrin icrasına dəstək verib. Daha sonra o, bp Oman şirkətində Biznesin İnkişafı üzrə Müşavir vəzifəsinə keçib və yaşıl hidrogen layihəsində iştirak payının əldə edilməsinə dair sövdələşmənin uğurla bağlanmasını təmin edib.
Fərid Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr və magistr dərəcələrinə malikdir.
Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti