• WTI

    101.6 USD
  • Brent

    115.1 USD
  • Urals

    114.37 USD
  • Azeri Light

    122.49 USD
GL Group və Baker Hughes hasilat və qazma texnologiyaları üzrə birgə texniki seminar keçirir

GL Group və Baker Hughes hasilat və qazma texnologiyaları üzrə birgə texniki seminar keçirir

28–29 oktyabr tarixlərində GL Group-un Baş Ofisinin İnnovasiya və Texnologiya Mərkəzində GL Group və Baker Hughes şirkətlərinin birgə ikigünlük texniki seminarı keçirilir.

Hər iki şirkətin texniki mütəxəssislərini bir araya gətirən seminarda hasilat və qazma əməliyyatları üzrə əsas texniki prioritetlər və inkişaf imkanları nəzərdən keçirilir. Texniki təqdimatlar və qarşılıqlı müzakirələr çərçivəsində iştirakçılar əməliyyat təcrübələrini bölüşür, qabaqcıl texnologiyaların GL Group-un aktivlərində tətbiqi imkanlarını qiymətləndirir və əlavə texniki təhlil üçün əsas istiqamətləri müəyyənləşdirirlər.

Seminar, həmçinin GL Group ilə Baker Hughes arasında 2026-cı ilin iyulunda ABŞ-də imzalanmış xidmətlər üzrə beşillik strateji əməkdaşlıq sazişi çərçivəsində davam edən texniki əməkdaşlığı əks etdirir.