• WTI

    87.82 USD
  • Brent

    95.07 USD
  • Urals

    92.16 USD
  • Azeri Light

    106.81 USD
Nahid Nuriyev Azərbaycanın neft sənayesinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub

Nahid Nuriyev Azərbaycanın neft sənayesinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub

GL Group-un afilə şirkəti olan “Taghiyev Operating Company”-nin Baş meneceri, Nahid Nuriyevin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə “Tərəqqi” Medalı ilə təltif olunmasını böyük qürur və məmnuniyyətlə qeyd edirik.

Bu əlamətdar dövlət təltifi Azərbaycanın enerji sektorunun inkişafına töhfə verən peşəkarların əməyinə verilən yüksək dəyərin göstəricisidir. GL Group olaraq, fəaliyyətimizin və ümumi uğurumuzun arxasında dayanan insanların peşəkarlığını, liderliyini və işinə olan bağlılığını yüksək qiymətləndiririk.

Nahid Nuriyevi bu əlamətdar təltif münasibətilə səmimi-qəlbdən təbrik edir, ona gələcək fəaliyyətində davamlı uğurlar arzulayırıq. Onun GL Group ailəsinin bir parçası olmasından qürur duyuruq.