GL Group inkişafının növbəti mərhələsinə qədəm qoyduğu bir dövrdə inkişaf potensialımızın gücləndirilməsi əsas prioritetlərimizdən biri olaraq qalır. Gələcəyin istedadlarının inkişafına sərmayə qoymaq yalnız ayrı-ayrı şəxslərə deyil, həm də şirkətimizin uzunmüddətli uğuruna qoyulan sərmayədir.
Bu səbəbdən də GL Group-un Gənc İstedadlar Proqramının ilk iştirakçılarını salamlamaqdan qürur duyuruq.
2026-cı ilin may ayında start verilən proqrama Azərbaycanın müxtəlif bölgələrindən 436 müraciət daxil olub. Çoxmərhələli seçim prosesi nəticəsində altı məzun proqramın ilk iştirakçısı seçilib.
Gənc İstedadlarımız Rezervuarların işlənməsi və texnologiya, Qazma və quyular, Əməliyyatlar, eləcə də Satınalma və təchizat zəncirinin idarəedilməsi funksiyalarında təcrübəli mütəxəssislərimizlə birgə çalışırlar. Proqram onlara praktiki təcrübə qazanmaq, texniki və peşəkar bacarıqlarını inkişaf etdirmək və GL Group-un davamlı inkişafını dəstəkləyən layihələrə töhfə vermək imkanı yaradır.
İlk Gənc İstedadlarımızı GL Group-da salamlayır və onlara uğurlar arzulayırıq.