GL Group və enerji texnologiyaları sahəsində fəaliyyət göstərən Baker Hughes şirkəti arasında beşillik Strateji Əməkdaşlıq Xidmətləri Sazişinin imzalandığını məmnuniyyətlə elan edirik. Bu saziş strateji tərəfdaşlığımızın möhkəmləndirilməsinə və gələcək əməkdaşlıq üçün çərçivənin yaradılmasına yönəlib.
Əməkdaşlıq şirkətlərə hər bir tərəfin təcrübə, imkan və texnoloji ekspertizasından faydalanaraq qarşılıqlı faydalı imkanları araşdırmağa şərait yaradacaq. Əməkdaşlığın “GL Group”-un əməliyyat səmərəliliyinin artırılmasına, texniki potensialının inkişafına, qabaqcıl texnologiyalara çıxışının genişləndirilməsinə və Azərbaycanda uzunmüddətli inkişafına töhfə verəcəyi gözlənilir.
“Bu saziş “Baker Hughes” ilə tərəfdaşlığımızın möhkəmləndirilməsi və “GL Group”-un uzunmüddətli inkişaf strategiyasının həyata keçirilməsi istiqamətində mühüm addımdır”, - deyə “GL Group”-un Baş İcraçı Direktoru və Məşvərət Şurasının Sədri Asif Zeynalov bildirib. “Bu tərəfdaşlıq bizim qlobal imkanlara, qabaqcıl texnologiyalara və əməliyyat mükəmməlliyinə çıxışımızı təmin edir. Bunlar davamlı inkişafımızı və uzunmüddətli uğurumuzu dəstəkləyəcək əsas amillərdir”.
“Baker Hughes bütün dünyada əməliyyat göstəricilərini yaxşılaşdıran, səmərəliliyi artıran və riskləri azaldan texnologiyalara davamlı olaraq sərmayə yatırır”, — deyə Baker Hughes şirkətinin Baş Vitse-Prezidenti Cim Seşns bildirib. “Bu strateji əməkdaşlıq çərçivəsində məqsədimiz GL Group-un enerji aktivlərinin, eləcə də bütövlükdə regionun enerji sektorunun dəyərini maksimum dərəcədə artıracaq innovativ texnoloji həllər hazırlamaq və tətbiq etməkdir”.