GL Group olaraq inanırıq ki, bizim inkişafımız əməkdaşlarımızla başlayır.
Bu il keçirilən “CEO Award of Excellence” mükafatlandırma mərasimində GL Group və onun afilə şirkətlərinin 23 əməkdaşı il ərzində göstərdikləri yüksək nəticələr, peşəkarlıq və şirkətin fəaliyyətinə verdikləri töhfəyə görə mükafatlandırılıb.
Mükafatlar GL Group-un Baş İcraçı Direktoru və Məşvərət Şurasının Sədri Asif Zeynalov tərəfindən təqdim olunub.
Əməkdaşlarımızın əməyini qiymətləndirmək bizim üçün sadəcə ənənə deyil, bu onların töhfəsinə verdiyimiz dəyərin və GL Group-un inkişafındakı mühüm rolunun göstəricisidir.
Bütün mükafatçılarımızı təbrik edir, onlara yeni uğurlar arzulayırıq.