• WTI

    95.23 USD
  • Brent

    96.97 USD
  • Urals

    86.94 USD
  • Azeri Light

    101.68 USD
GL Group-un Texniki Funksiyalar üzrə Rəhbəri Muraq Quliyev 31-ci Bakı Enerji Forumunda çıxış edib

GL Group-un Texniki Funksiyalar üzrə Rəhbəri Muraq Quliyev 31-ci Bakı Enerji Forumunda çıxış edib

GL Groupun Texniki funksiyalar üzrə rəhbəri Murad Quliyev 31-ci Bakı Enerji Forumunun "Upstream – yeni perspektivlər" sessiyasında iştirak edib.

Çıxışında o, uzun müddətdir istismarda olan yataqlara yalnız istismar müddəti uzun olan aktivlər kimi deyil, sistemli mühəndislik yanaşması, daha keyfiyyətli məlumatlar, qabaqcıl qazma texnologiyaları və praktik innovasiyalar vasitəsilə əlavə potensiala malik resurslar kimi baxmağın vacibliyini vurğulayıb.

Murad Quliyev, həmçinin texniki komandaların daha səmərəli işləməsində, daha düzgün qərarlar qəbul etməsində və dəyər yaradan əməliyyatlara fokuslanmasında rəqəmsallaşma və süni intellektin mühüm rolunu qeyd edib. Eyni dərəcədə vacib məqam kimi, o, hasilat potensialının daha geniş şəkildə aşkarlanması və üzə çıxarılması üçün tərəfdaşlıqların, texnologiyalara, avadanlıqlara və infrastruktura ortaq çıxışın mühüm rol oynadığını bildirib.

GL Group üçün bu prioritetlər istismar etdiyimiz yataqlarımıza yanaşmamızla birbaşa bağlıdır: texniki mükəmməllik, məsuliyyətli əməliyyatlar və uzunmüddətli dəyər yaratmaq prinsipi.