• WTI

    95.23 USD
  • Brent

    96.97 USD
  • Urals

    86.94 USD
  • Azeri Light

    101.68 USD
GL Group Bakı Enerji Həftəsi çərçivəsində DeGolyer and MacNaughton ilə görüş keçirib

GL Group Bakı Enerji Həftəsi çərçivəsində DeGolyer and MacNaughton ilə görüş keçirib

Bakı Enerji Həftəsi çərçivəsində GL Group-un Məşvərət Şuarsının sədri və Baş İcraçı Direktoru Asif Zeynalov DeGolyer and MacNaughton şirkətinin Sədri və Baş icraçı direktoru John W. Wallace ilə məhsuldar görüş keçirdi.

Müzakirələr hasilat inkişafı, lay və rezervuarların daha dərindən anlaşılması, ehtiyatların qiymətləndirilməsi, istismarda olan yataqların performansı, texniki dəyərləndirmə və məsuliyyətli enerji inkişafının dəstəklənməsində müstəqil ekspertizanın rolu ətrafında aparıldı.

GL Group üçün beynəlxalq səviyyədə tanınan texniki məsləhətçi şirkətlərlə dialoq yeraltı ehtiyatlar üzrə imkanlarımızın gücləndirilməsi, qlobal qabaqcıl təcrübələrin tətbiqi və portfelimiz üzrə əsaslandırılmış qərarların dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Konstruktiv müzakirəyə görə DeGolyer and MacNaughton komandasına təşəkkür edir, dialoqun davam etdirilməsini və əməkdaşlıq imkanlarının daha da genişləndirilməsini arzu edirik.