Bakı Enerji Həftəsi çərçivəsində GL Group Gran Tierra Energy şirkətinin rəhbər nümayəndələri ilə məhsuldar görüş keçirdi.
Müzakirələr hasilat əməliyyatları, istismarda olan yataqların inkişafı, əməliyyat səmərəliliyi, hasilatın artırılması, texniki potensial və qarşılıqlı maraq doğuran potensial istiqamətlər üzrə fikir mübadiləsi üçün faydalı imkan yaratdı.
Məsuliyyətli inkişaf və əməliyyat performansına xüsusi önəm verən enerji şirkəti olaraq GL Group təcrübəli beynəlxalq operatorlarla dialoqu yüksək qiymətləndirir. Bu cür görüşlər bilik və təcrübə mübadiləsi, praktiki sənaye çağırışlarının müzakirəsi və daha güclü nəticələrə töhfə verə biləcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün faydalı platforma yaradır.
Konstruktiv müzakirəyə görə Gran Tierra Energy komandasına təşəkkür edir, dialoqun davam etdirilməsini və əməkdaşlıq imkanlarının daha da genişləndirlməsini arzu edirik.