31-ci Bakı Enerji Forumunda GL Group-un Baş İcraçı Direktoru və Məşvərət Şurasının Sədri Asif Zeynalov regionun qlobal enerji sənayesinin ən yüksək səviyyəli rəhbərləri ilə birlikdə forumun əsas panelində çıxış edib.
Onun mesajı aydın və konkret idi: əməkdaşlıq Azərbaycanın hasilat sektorunda əsas rəqabət üstünlüyünü müəyyən edən amildir. O, ötən il qrupumuza aid yüksək təzyiqli quyulardan birində yaranmış mürəkkəb problemi quyunun tərk edilməsinin o zaman üçün ən çox ehtimal olunan variantlardan biri olduğu halda GL Group-un digər operatorlar və podratçı şirkətlərlə açıq müzakirələr apararaq uğurlu şəkildə necə həll etdiyini iştirakçılarla paylaşıb.
Asif Zeynalov çıxışı zamanı GL Group-un fəaliyyət istiqamətləri və strateji inkişaf planları barədə də məlumat verdi. Şirkət Azərbaycanda beş mühüm neft-qaz yatağında fəaliyyət göstərir, Türkiyədə həyata keçirilən sıx qaz layihəsi üzrə 100% lisenziyaya malik Kanada şirkətində 25%-lik paya sahibdir və aktiv şəkildə ABŞ bazarına ilk addımlarını atır. Bununla yanaşı, yaxın zamanda şirkətin özünü pre-IPO elan edəcəyi də gözlənilir. Bununla yanaşı ilin sonunadək sahədə eyni anda dörd qazma qurğusunun qazma işləri aparacağı da planlaşdırılır.
Xəzər hövzəsi yalnız keçmişin mirası deyil, həm də gələcəyin imkanlar məkanıdır və GL Group bu imkanlardan faydalanmaq üçün əməkdaşlıq və tərəfdaşlığa açıqdır.