7 il əvvəl GL bir ideya olaraq başladı.
O vaxtdan bəri biz məqsədyönlü şəkildə, addım-addım inkişaf edərək bu gün GL Group olaraq formalaşmışıq.
2021-ci ildə “Salyan Oil Ltd.” (SOL)-in satın alınması, 2022-ci ildə “Taghiyev Operating Company” (TOC) və GL Technical Services (GLTS)-in təsis olunması, 2024-cü ilin may ayında GL Group olaraq formalaşmağımız, həmin ilin oktyabr ayında Türkiyədə Kanadanın “Gazelle Energy Limited” şirkətində 25 faiz səhm payının satın alınması və 2025-ci ildə ABŞ-da fəaliyyətimizin qurulması, bütün bu mərhələlər bugünkü mövqeyimizi formalaşdırıb.
İlk illərdə əsas diqqətimiz möhkəm təməl qurmaq idi. Bu gün isə daha düşünülmüş və seçilmiş yanaşma ilə irəliləyirik və inkişafımız üç əsas istiqamətə əsaslanır: mövcud aktivlərimizi orqanik inkişafla böyütmək, beynəlxalq mövqeyimizi məqsədyönlü satınalmalar və strateji investisiyalar vasitəsilə genişləndirmək və seçilən tərəfdaş kimi mövqeyimizi gücləndirmək.
Ən əsası isə, bütün uğurlarımızın arxasında dayanan gördüyümüz işə olan inamı, zəhməti və fədakarlığı ilə bu inkişaf yolunu mümkün edən insanlarımız, komandamızdır. Məhz onların davamlı səyləri bizi hər gün daha da irəli aparır.
7 il geridə qaldı - və bu, yalnız başlanğıcdır.