• WTI

    100 USD
  • Brent

    102.9 USD
  • Urals

    115.98 USD
  • Azeri Light

    132.35 USD
Nadir Əfəndiyev İkinci Sənaye Təhlükəsizliyi Zirvəsində əsas çıxışçılardan biri kimi iştirak edib

Nadir Əfəndiyev İkinci Sənaye Təhlükəsizliyi Zirvəsində əsas çıxışçılardan biri kimi iştirak edib

GL Group-un afilə şirkəti olan Taghiyev Operating Company-nin Baş meneceri Nadir Əfəndiyev dekabrın 14-də keçiriləcək İkinci Sənaye Təhlükəsizliyi Zirvəsində əsas çıxışçılardan biri kimi çıxış edəcək.

‘Sinerjidən Enerjiyə’ adlanan 1-ci paneldə o, sənaye təhlükəsizliyindəki çağırışlara cavab verməkdə və davamlılığa nail olmaqda enerji sektorunda əməkdaşlıq və innovasiyaların oynadığı rol barədə fikirlərini bölüşəcək.

GL Group bu kimi mühüm müzakirələrə və sənayenin inkişafını təşviq edən dialaoqlara töhfə vermək fürsətini hər zaman yüksək qiymətləndirir.