• WTI

    100 USD
  • Brent

    102.9 USD
  • Urals

    115.98 USD
  • Azeri Light

    132.35 USD
GL Group rəhbərliyi afilə şirkətlərin əməliyyat sahələrinə işgüzar səfər həyata keçirib

GL Group rəhbərliyi afilə şirkətlərin əməliyyat sahələrinə işgüzar səfər həyata keçirib

GL Group-un Baş İcraçı Direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalovun rəhbərliyi ilə nümayəndə heyəti GL Group-un afilə şirkətləri olan Taghiyev Operating Company (TOC) və GL Technical Services (GLTS) şirkətlərinin fəaliyyət göstərdiyi sahələrə işgüzar səfər həyata keçirib.

Səfər çərçivəsində nümayəndə heyəti GLTS bazasında, Tağıyev Əməliyyat Şirkətinin Buzovna Terminalında, eləcə də bir sıra neft mədənləri və sahə obyektlərində aparılan əməliyyat fəaliyyəti ilə yaxından tanış olub. Nümayəndə heyətinə mövcud infrastruktur, sahələrdə həyata keçirilən işlər və davam edən layihələrin icra vəziyyəti barədə məlumat verilib.

Görüşlər zamanı sahələrdə aparılan işlərin mövcud vəziyyəti, əməliyyat proseslərinin təşkili və gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Səfər həmçinin sahə komandaları ilə birbaşa ünsiyyət qurmaq və onların gündəlik fəaliyyəti ilə yaxından tanış olmaq baxımından əhəmiyyətli olub.

Bu cür işgüzar səfərlər GL Group və onun afilə şirkətləri arasında fəaliyyətlərin daha səmərəli koordinasiyasına, əməliyyat proseslərinin yerində qiymətləndirilməsinə və həyata keçirilən layihələrin davamlı inkişafına töhfə verir.