• WTI

    56.30 USD
  • Brent

    60.30 USD
  • Urals

    51.47 USD
  • Azeri Light

    65.80 USD
GL Group “CEO Award of Excellence” mükafatı ilə fərqlənən əməkdaşlarını təltif edib

GL Group “CEO Award of Excellence” mükafatı ilə fərqlənən əməkdaşlarını təltif edib

Ötən həftə, ənənəsinə sadiq qalaraq, GL Group seçilən əməkdaşlarına növbəti dəfə “CEO Award of Excellence” mükafatını təqdim etdi.

Hər il GL Group-un rəhbərliyi əməkdaşlarının peşəkarlığını, yüksək nəticələrini və şirkətə olan sadiqliyini qiymətləndirir, onların əldə etdiyi uğurları qeyd edir.

Bu il də GL Group və onun afilə şirkətlərindən ümumilikdə 35 əməkdaş il ərzində göstərdikləri yüksək nəticələrə görə təltif olundu.

Bütün mükafatlar GL Group-un Baş İcraçı Direktoru və Məşvərət Şurasının Sədri Asif Zeynalov tərəfindən təqdim edildi.

Təltif olunan bütün əməkdaşlarımızı ürəkdən təbrik edir və onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq. Onların peşəkarlığı və işə bağlılığı GL Group-un inkişafının əsas hərəkətverici qüvvəsidir.