• WTI

    100 USD
  • Brent

    102.9 USD
  • Urals

    115.98 USD
  • Azeri Light

    132.35 USD
GL Group Beynəlxalq Qadınlar Gününü səmimi bir jestlə qeyd edib

GL Group Beynəlxalq Qadınlar Gününü səmimi bir jestlə qeyd edib

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şirkətimizin dəyərli xanımlarını kiçik, lakin səmimi bir jestlə təbrik etdik.

Jestimiz sadə olsa da, arxasındakı məna böyükdür. Şirkətimizin qadınları hər gün peşəkarlıq, iradə, fədakarlıq və ilhamla fəaliyyət göstərərək korporativ mədəniyyətimizi formalaşdırır, uğurlarımıza töhfə verir və gələcəyimizi daha da möhkəmləndirirlər.

Nailiyyətləri ilə yanaşı, qadınlar öz xeyirxahlığı, nikbinliyi və ümid dolu baxışı ilə dünyamızı daha gözəl və mənalı edirlər.

Bu gün və hər zaman sizin əməyinizi yüksək qiymətləndirir, dəyərinizi xüsusi olaraq vurğulayırıq.

Bütün dəyərli xanımlarımızı Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirik!