• WTI

    61.92 USD
  • Brent

    66.00 USD
  • Urals

    56.76 USD
  • Azeri Light

    69.72 USD
GL Group “End of Year - Compliance Talks” silsiləsi təşkil edib

GL Group “End of Year - Compliance Talks” silsiləsi təşkil edib

GL Group Baş Ofisində Hüquq və Komplayens funksiyasının təşəbbüsü və “The Consultant Global FZE” şirkəti, eləcə də onun Təsisçisi və Direktoru Elşad Rüstəmov ilə əməkdaşlıq çərçivəsində “End of Year - Compliance Talks” silsiləsi təşkil edilmişdir.

Sessiya çərçivəsində iştirakçılar korporativ mühitdə süni intellektin təsiri, Hədiyyə və Əyləncə prinsipləri, Maraqların Toqquşmasının müəyyən edilməsi və idarə olunması, həmçinin İnformasiya Mühafizəsi kimi mövzular ətrafında əhatəli müzakirələr aparıblar. Sessiyalarda həmçinin nəzəri biliklərin real iş mühiti ssenarilərinə tətbiq edildiyi praktiki nümunələr də təqdim olunmuşdur.

Bu təşəbbüs təşkilati məlumatlandırılmanın artırılmasına, açıq dialoqun təşviqinə və bütün funksiyalar üzrə ən yüksək etik və uyğunluq standartlarına sadiqliyimizin daha da gücləndirilməsinə mühüm töhfə vermişdir.

Elşad Rüstəmova dəyərli fikirlərinə, həmçinin bütün həmkarlarımıza sessiyalarda fəal iştiraklarına və işimizin etik və uyğun şəkildə aparılmasına verdikləri dəstəyə görə səmimi təşəkkürümüzü bildiririk.