• WTI

    71,60 USD
  • Brent

    75,18 USD
  • Urals

    67.61 USD
  • Azeri Light

    80.44 USD

Şirkətlər Qrupu Rəhbərlik Heyəti

Ramil 2022-ci ilin yanvar ayında GL Group-un operatoru olduğu “Salyan Oil Limited” şirkətinin Baş meneceri vəzifəsinə təyin edilib.

Neft və qaz sənayesində 25 ildən çox təcrübəyə malik Ramil SOCAR-da Neft Daşları üzrə Əməliyyat İstehsalı üzrə Nəzarətçisi, Azəri-Çıraq-Günəşli platformalarında Əməliyyatlar üzrə İstehsalat Rəhbəri, Əməliyyat Qrupu Rəhbəri və müxtəlif dəniz Platformalarında Menecer, həmçinin bp üçün Əməliyyat işləri üzrə Menecer kimi texniki və rəhbər vəzifələrdə çalışıb. O, 2018-ci ildə bp-də yeni iş üsullarının və yeni təşkilat strukturunun tətbiqinə rəhbərlik edib.

Ramil Azərbaycan Dövlət Neft Akademiyasından Neft və Qaz yataqlarının işlənməsi və istismarı mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsini qazanıb.

Ramil 2019-cu ildə SOCAR-ın prezidenti tərəfindən Azərbaycanın neft sənayesinin inkişafında xidmətlərinə görə "Fəxri neftçi" döş nişanı ilə təltif edilib.

Ramil 2022-ci ilin yanvar ayında GL Group-un operatoru olduğu “Salyan Oil Limited” şirkətinin Baş meneceri vəzifəsinə təyin edilib.

Neft və qaz sənayesində 25 ildən çox təcrübəyə malik Ramil SOCAR-da Neft Daşları üzrə Əməliyyat İstehsalı üzrə Nəzarətçisi, Azəri-Çıraq-Gün...

Ramil Əsgərov

Baş Menecer

Aynur Bəşirli 2024-cü il iyulunda Xarici Əlaqələr və Kommunikasiya üzrə Vitse-Prezidentə hesabat verən Korporativ Kommunikasiyalar üzrə Direktor vəzifəsinə təyin edilib.

Kommunikasiya və media sahəsində 32 ildən çox təcrübəyə malik Aynur son illərdə müxtəlif beynəlxalq və yerli təşkilatlar üçün kommunikasiya strategiyaları hazırlayıb, çoxsaylı kütləvi tədbirlər həyata keçirib. Aynur karyerasına jurnalist kimi başlayıb. O, Ulu Öndər Heydər Əliyevi müşayiət etmiş jurnalist korpusunun üzvü kimi 30-dan çox xarici səfərdə olub, ATƏT-in Lissabon (1996) və İstanbul (1999) zirvə toplantılarını, Avropa Şurasının (1999) və NATO-nun 50 illik yubiley sammitlərini (1999) işıqlandırıb.

Aynur Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. O, ABŞ – Azərbaycan münasibətlərini Amerikanın elit mətbu orqanlarında araşdrıan ilk tədqiqatçı, siyasi elmlər üzrə fəlsəfə doktoru, “Azad mətbuatın çərçivəsində, “New York Times”-ın Azərbaycandan. Nə? Nə vaxt? Necə?” monoqrafiyasının müəllifidir. O, doqquz kitab, o cümlədən “Heydər Əliyev. Prezidentlik xronikası. 1993-2003” kitabının ideya müəllifi və tərtibçisidir.

Aynur 2024-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Ümummilli Lider “Heydər Əliyevin 100 illiyi yubiley medalına (1923-2023)” layiq görülüb.

Aynur Bəşirli 2024-cü il iyulunda Xarici Əlaqələr və Kommunikasiya üzrə Vitse-Prezidentə hesabat verən Korporativ Kommunikasiyalar üzrə Direktor vəzifəsinə təyin edilib.

Kommunikasiya və media sahəsində 32 ildən çox təcrübəyə malik Aynur son illərdə müxtəlif beynəlxalq v...

Aynur Bəşirli

Qrupun Korporativ Kommunikasiyalar üzrə Direktoru

Nadir Əfəndiyev 2023-cü ilin mayında Əməliyyatlar üzrə Vitse-Prezidentə hesabat verən “Taghiyev Operating Company” MMC-nin Baş meneceri vəzifəsinə təyin edilib.

Neft və Qaz sənayesində 20 illik təcrübəyə malik Nadir son 18 ildə bp Azərbaycanda İstehsalat supervayzeri, Offşor Əməliyyatları üzrə Mühəndis, Əməliyyatlar Qrupunun Rəhbəri, Layihə Əməliyyatları Qrupunun Rəhbəri və Offshor Montaj Meneceri kimi texniki və rəhbər vəzifələrdə işləyib. Nadir Böyük Britaniyada beynəlxalq təcrübə keçib, layihələrin operativ hazırlığında iştirak edib.  

Layihələrin idarəedilməsi sahəsində böyük təcrübəyə malik Nadir bp-nin aktivləri çərçivəsində Şahdəniz Offşor Qaz Layihəsi və neft aktivlərində Qaz Lift Layihələri kimi iri layihələrdə müxtəlif rəhbər vəzifələrdə çalışıb. Son 4 ildə o, bp-nin aktivlərində və Xəzər dənizində ən mürəkkəb platforma olan Mərkəzi Azəri platformasında Əməliyyat Montaj Meneceri kimi fəaliyyət göstərib.

Milliləşməni fəal təşviq edən Nadir işə qəbul proseslərinə rəhbərlik edib. O, təşkilat üçün olduqca dəyərli olan kadr hazırlığı səviyyələrini qoruyub saxlayan təlim və kouçinq təşkil edib.

Nadir Azərbaycan Dövlət Neft Akademiyasının məzunudur, Qazma və kəşfiyyat üzrə bakalavr dərəcəsinə malikdir. 

Nadir Əfəndiyev 2023-cü ilin mayında Əməliyyatlar üzrə Vitse-Prezidentə hesabat verən “Taghiyev Operating Company” MMC-nin Baş meneceri vəzifəsinə təyin edilib.

Neft və Qaz sənayesində 20 illik təcrübəyə malik Nadir son 18 ildə bp Azərbaycanda İstehsalat supervayzer...

Nadir Əfəndiyev

Baş Menecer

Nurlan Qəşəmli 2024-cü ilin avqust ayında GL Technical Services LTD şirkətinin İdarəedici Direktoru vəzifəsinə təyin edilib.

Nurlan neft-qaz sənayesində 20 ildən artıq təcrübəyə malik olan və köhnə yataqların işlənməsi üzrə ixtisaslaşmış peşəkardır. O, “Bahar Enerji Əməliyyat Şirkəti" və GL Group-un aktivləri üzrə həm dənizdə, həm də quruda olan yataqların işlənməsi üzrə quyularda əsaslı təmir, müdaxilələr və tamamlama işləri daxil olmaqla mürəkkəb əməliyyatlarda çoxşaxəli qruplara rəhbərlik edib.

Onun rəhbərliyi altında bir çox quyularda mürəkkəb təmir əməliyyatları aparılmaqla yenidən hasilata qaytarılıb. Nurlan, həmçinin uzunmüddətli layihələrdə texniki və kommersiya effektivliyini təmin etmək və yataqların səmərəliyini artırmaq məqsədilə çoxsaylı bölmələrə rəhbərlik etməklə yeni texnologiyaların inteqrasiyasını həyata keçirərək şirkətin təkmilləşdirmə planına töhfə verib.

Nurlan Azərbaycan Dövlət Neft və Sənaye Universitetində və Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr dərəcəsi üzrə təhsil alıb. O, Dyuk Universitetinin Neft-Qaz Əməliyyatları və Bazarları, Böyük Britaniyanın "Petro Skills CUE" və Aberdin Qazma Məktəbinin sertifikatlarına sahibdir. Nurlan həm də Neft Mühəndisləri Cəmiyyətinin üzvüdür. 

Nurlan Qəşəmli 2024-cü ilin avqust ayında GL Technical Services LTD şirkətinin İdarəedici Direktoru vəzifəsinə təyin edilib.

Nurlan neft-qaz sənayesində 20 ildən artıq təcrübəyə malik olan və köhnə yataqların işlənməsi üzrə ixtisaslaşmış peşəkardır. O, “Bahar Enerji Əməl...

Nurlan Qəşəmli

İdarəedici Direktor

Kənan Əliyev 2021-ci ilin sentyabrında Qrupun Əməliyyatlar üzrə Vitse-Prezidentinə hesabat verən Yataqların İdarə edilməsi üzrə Direktoru vəzifəsinə təyin edilib. 

Neft və qaz sənayesində 25 illik təcrübəyə malik Kənan bir sıra enerji şirkətlərində, o cümlədən bp, Eni, DeGolyer &  MacNaughton və Baker RDS kimi məsləhət qruplarının çoxsahəli yeraltı işlər üzrə komandalarında çalışıb. Kənanın bilik və təcrübəsi dünyanın bütün karbohidrogen hövzələrini əhatə edir: Meksika körfəzi, Şimal dənizi, Şimali Afrika, Cənubi Xəzər hövzəsi, Qərbi Sibir və Dnepr-Donetsk.

Kənan Bakı Dövlət Universitetindən geologiya üzrə bakalavr və magistr, Texas A&M Universitetindən neft mühəndisliyi üzrə magistr dərəcəsini qazanıb. 

O, Amerika Neft Geoloqları Assosiasiyasının (American Association of Petroleum Geologists) Sertifikatlı Neft Geoloqudur və Neft Mühəndisləri Cəmiyyətinin (Society of Petroleum Engineer) üzvüdür.

Kənan Əliyev 2021-ci ilin sentyabrında Qrupun Əməliyyatlar üzrə Vitse-Prezidentinə hesabat verən Yataqların İdarə edilməsi üzrə Direktoru vəzifəsinə təyin edilib. 

Neft və qaz sənayesində 25 illik təcrübəyə malik Kənan bir sıra enerji şirkətlərində, o cümlədən bp, Eni, D...

Kənan Əliyev

Qrupun Yataqların İdarə edilməsi üzrə Direktoru

David Triolo 2022-ci ilin noyabrından Əməliyyatlar üzrə Vitse-Prezidentə hesabat verən Quyular və Qazma üzrə Direktor vəzifəsinə təyin edilib.

David quyuların qazılması, tamamlanması və təmiri üzrə geniş beynəlxalq təcrübəyə malikdir. O, karyerasının 33 ilini Amoco/bp-də, qalan illərini isə Husky Energy-də çalışıb. David Şimali Amerika, Böyük Britaniya, BƏƏ, Misir, Qərbi Afrika, Küveyt, Azərbaycan və Çin də daxil olmaqla dünya üzrə böyük layihələrdə iştirak edib, quruda, dənizdə və dərin suda olan əməliyyatlarda iştirak edib. O, bp Azərbaycanın Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqlarında 12 illik təcrübəyə malikdir.  Devid qazma qurğusu üzrə mühəndis, quyu sahəsinin rəhbəri, bp Şahdəniz Quyularının, Husky Energy-nin Asiya-Sakit Okean bölməsi üçün Qazma və Tamamlamalar üzrə Direktorunun İnspektoru vəzifələrində fəaliyyət göstərib.

David Kaliforniya Universiteti, Los Angeles (UCLA)’dən kimya mühəndisliyi ixtisası üzrə məzun olub.

David Triolo 2022-ci ilin noyabrından Əməliyyatlar üzrə Vitse-Prezidentə hesabat verən Quyular və Qazma üzrə Direktor vəzifəsinə təyin edilib.

David quyuların qazılması, tamamlanması və təmiri üzrə geniş beynəlxalq təcrübəyə malikdir. O, karyerasının 33 ilini Amoco/bp-də...

David Triolo

Qrupun Quyular və Qazma üzrə Direktoru