• WTI

    75.97 USD
  • Brent

    79.76 USD
  • Urals

    67.61 USD
  • Azeri Light

    85,85 USD
Haqqımızda

Haqqımızda

GL-in İnkişaf Yolu

2019-cu il aprelin 15-də əsası qoyulan GL əhəmiyyətli dərəcədə genişlənərək 2024-cü il may ayının 1-də şirkətlər qrupuna çevrildi. GL Group Azərbaycanın enerji sənayesində ilk özəl şirkətlər qrupudur. Biz istismarda olan aktivlər üzrə seçim tərəfdaşı kimi tanınırıq.

GL Group-un idarəetmə komandası neft və qaz sənayesində mühüm beynəlxalq təcrübəyə malik ekspertlərdən ibarətdir. GL Group strateji satınalmalar və investisiyalar vasitəsilə mükəmməllik təqdim etməyə və əhəmiyyətli dəyər yaratmağa sadiqdir və bunları rəhbər tutaraq dəqiq müəyyən edilmiş strategiyaya ilə beynəlxalq orta ölçülü enerji şirkəti olmağa doğru irəliləyir.

Biz Azərbaycanda beş yataqda, o cümlədən Salyan rayonundakı “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasındakı “Buzovna-Maştağa”, “Qala”, “Zirə” yataqlarında neft-qaz əməliyyatları həyata keçiririk.

2021-ci ildə Çin Milli Neft Korporasiyasının Salyan Oil Limited-dəki payını alan GL 2022-ci ildə daha da böyüdü. O, SOCAR-dan üç neft və qaz yatağı alaraq Taghiyev Operating Company-ni yaratdı. Biz 2022-ci ilin sonlarında GL Technical Services-i təsis etməklə portfelimizi genişləndirdik. GL TS kimi tanınan şirkət, əsasən, karotaj tədqiqatları və quyulara texniki qulluq, həmçinin qazma qurğusunun istismarı xidmətləri də daxil olmaqla peşəkar neft yataqları xidmətləri üzrə ixtisaslaşıb. GL TS eyni zamanda enerji sənayesindəki digər xidmətləri də göstərmək üçün biznes axınının şaxələndirilməsini hədəfləyir.

GL mövcud səmərəli aktivlərin alınmasına və onların istehsalının optimallaşdırılmasına yönəlmiş yatırımlar edir. GL beynəlxalq standartlar və texnologiyaları tətbiq edərək istehsalatda, insanların və ətraf mühitin mühafizəsində mükəmməllik əldə etməyə çalışır. GL Group-da mükəmməlliyə və dəyər yaratmağa sadiq olan öhdəliyimiz işimizin hər bir parçasında əks olunur.

 Beynəlxalq standartlara və qabaqcıl texnologiyaya sadiq olan bizlər istehsalatda gözləntilərə cavab verən deyil, onlardan daha üstün olacaq mükəmməllik yaratmaq uğrunda mübarizə aparırıq.  Əməliyyatlarımız hər mərhələdə səmərəliliyi və innovasiyanı təmin edən ciddi Əməliyyat İdarəetmə Sistemi (ƏİS) ilə idarə olunur.

Biz insanlarımızın gücünə inanırıq, buna görə də sənaye sektorunda ən bacarıqlıları tapır və işə götürürük.  Komandamız uğurlarımızın məhək daşıdır, öz təcrübəsi və coşqusu ilə bizi daim irəli aparır. Biz irəlidədikcə həm xalqımızın, həm də planetin rifahına sadiq qalırıq. Ətraf mühitin qorunması və icmamızın təhlükəsizliyinin təmin edilməsi bizim üçün önəmlidir. Biz yerli icmanın aktiv bir üzvü kimi məsuliyyət və diqqətlə fəaliyyət göstərir, müsbət və davamlı töhfələr veririk.

GL Group olaraq biz yalnız enerji şirkəti olmaqla kifayətlənmirik. Biz daha gözəl gələcək naminə tərəqqi, inkişaf, təhlükəsizlik və davamlılığın sadıq tərəfdaşıyıq.

Strateji Yanaşma

Dəyərlərimiz

Dürüstlük

Biz yüksək etik standartlara riayət edirik. Düzgün olanı edir və vədlərimizi yerinə yetiririk. Fəaliyyətimizi tam şəffaflıqla həyata keçirir, uzunmüddətli əlaqələr və etibarlı tərəfdaşlıqlar qurmağa çalışırıq. Biz əməkdaşlarımıza, tərəfdaşlarımıza və müştərilərimizə ədalətlə, vicdanla və hörmətlə yanaşırıq.