GL Group-un törəmə şirkəti olan GL International LTD “Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Risk Xidmət Sazişi”ndə 100% paya sahibdir.
Abşeron yarımadasında yerləşən “Zirə” yatağı 1956-cı ildə o zaman Avropanın ən dərin quyusu hesab edilən 7 saylı quyu vasitəsilə kəşf edilib. “Buzovna-Maştağa” yatağında sənaye istehsalına 1941-ci ildə başlanılıb. “Qala” yatağından sənaye əhəmiyyətli neft 1932-ci ildə hasil edilib.