WTI
75.97 USDBrent
79.76 USDUrals
67.61 USDAzeri Light
85,85 USDQrupun Yataqların İdarə edilməsi üzrə Direktoru
Kənan Əliyev 2021-ci ilin sentyabrında Qrupun Əməliyyatlar üzrə Vitse-Prezidentinə hesabat verən Yataqların İdarə edilməsi üzrə Direktoru vəzifəsinə təyin edilib.
Neft və qaz sənayesində 25 illik təcrübəyə malik Kənan bir sıra enerji şirkətlərində, o cümlədən bp, Eni, DeGolyer & MacNaughton və Baker RDS kimi məsləhət qruplarının çoxsahəli yeraltı işlər üzrə komandalarında çalışıb. Kənanın bilik və təcrübəsi dünyanın bütün karbohidrogen hövzələrini əhatə edir: Meksika körfəzi, Şimal dənizi, Şimali Afrika, Cənubi Xəzər hövzəsi, Qərbi Sibir və Dnepr-Donetsk.
Kənan Bakı Dövlət Universitetindən geologiya üzrə bakalavr və magistr, Texas A&M Universitetindən neft mühəndisliyi üzrə magistr dərəcəsini qazanıb.
O, Amerika Neft Geoloqları Assosiasiyasının (American Association of Petroleum Geologists) Sertifikatlı Neft Geoloqudur və Neft Mühəndisləri Cəmiyyətinin (Society of Petroleum Engineer) üzvüdür.