GL Group və SOCAR arasında birgə layihələr üzrə Rəhbər Komitənin növbəti iclası keçirilib.
GL Group və SOCAR rəhbərliyinin iştirakı ilə Kürsəngi və Qarabağlı neft yataqlarında fəaliyyət göstərən “Salyan Oyl Ltd” Əməliyyat Şirkətinin, eləcə də Buzovna–Maştağa, Qala və Zirə neft yataqlarında fəaliyyət göstərən “Taghiyev Operating Company” MMC Əməliyyat Şirkətinin 2025-ci il üzrə İş Proqramı və Büdcənin icrası, həmçinin 2026-cı il üçün təqdim edilmiş İş Proqramı və Büdcəyə dair Rəhbər Komitənin növbəti iclası keçirilib.
GL Group-un Baş İcraçı Direktoru və Məşvərət Şurasının Sədri Asif Zeynalovun və SOCAR-ın Vitse-Prezidenti Babək Hüseynov rəhbərliyi ilə keçirilən iclasda saziş sahələrində görülmüş işlər, 2025-ci il üzrə İş Proqramı və Büdcənin icra nəticələri, eləcə də 2026-cı il üçün planlaşdırılan əməliyyat və investisiya istiqamətləri müzakirə olunub.
Səfər çərçivəsində iclas iştirakçıları “Salyan Oyl Ltd” Əməliyyat Şirkətinin Qarabağlı yatağında yerləşən 6-cı sahəyə, Kürsəngi yatağında yeni istismara verilmiş neft quyusuna, həmçinin hazırda qazma işləri aparılan neft quyusuna baxış keçiriblər.
Keçirilən görüş GL Group və SOCAR arasında strateji əməkdaşlığın daha da genişləndirilməsi, istehsalat səmərəliliyinin artırılması və birgə layihələrin davamlı inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.