• WTI

    87.32 USD
  • Brent

    93.52 USD
  • Urals

    72.96 USD
  • Azeri Light

    99.4 USD

Aynur Namazova

Mühəndislik və Layihələr üzrə Direktor

Aynur Namazova 2026-cı ilin noyabr ayında GL Group MMC-nin Mühəndislik və layihələr üzrə direktoru vəzifəsinə təyin edilib və bu vəzifədə GL Group-un Azərbaycandakı Əməliyyatlar üzrə Qrup Baş Vitse-Prezidenti Elman Seyidova məruzə edir.

Aynur mühəndislik, layihələrin idarə edilməsi, eləcə də mühəndislik layihələri çərçivəsində satınalma və tikinti proseslərinin koordinasiyası üzrə 15 illik beynəlxalq təcrübəyə malik mütəxəssisdir. O, Azərbaycan, Türkiyə, Rusiya və Avropada həyata keçirilən irimiqyaslı layihələrin icrasında iştirak edib və müxtəlif texniki və rəhbər vəzifələrdə çalışıb. GL Group-a qoşulmazdan əvvəl Glensol şirkətində Mühəndislik üzrə menecer vəzifəsində çalışıb.

Aynurun əsas peşəkar səriştələrinə genişmiqyaslı layihələrin idarə edilməsi, orijinal avadanlıq istehsalçılarının aktivlərinin idarə olunması, texnologiyaların transferi, əks mühəndislik, tədqiqat və inkişaf, səmərəli idarəetmə (Lean management) metodologiyalarının tətbiqi və müqavilələrin idarə edilməsi daxildir. GL Group-da o, mühəndislik və layihələrin idarə edilməsi funksiyalarının inkişafına, mühəndislik standartlarının və texniki həllərin təkmilləşdirilməsinə, layihələrin planlaşdırılması və icrasında texniki keyfiyyətin, əməliyyat səmərəliliyinin və icra intizamının təmin edilməsinə cavabdeh olacaq, həmçinin innovativ mühəndislik həllərinin və qabaqcıl texnologiyaların tətbiqinə rəhbərlik edəcək.

Aynur Bauman adına Moskva Dövlət Texniki Universitetində Mexanika və İstehsalat Mühəndisliyi ixtisası üzrə bakalavr və magistr dərəcələrini qazanıb. O, həmçinin İstehsalat və səmərəli idarəetmə (Lean management) üzrə magistr dərəcəsinə, eləcə də Layihələrin İdarə Edilməsi Ofisinin rəhbəri (Head of Project Management Office) üzrə beynəlxalq sertifikata malikdir.