WTI
75.97 USDBrent
79.76 USDUrals
67.61 USDAzeri Light
85,85 USDKatib
İsmayıl Dadaşov 2024-cü ilin aprel ayında Məşvərət Şurasının katibi təyin edilib.
Cənab Dadaşov 2024-cü ilin fevral ayından etibarən GL Group-da Aparat rəhbəri vəzifəsində çalışır.
Bundan əvvəl “Taghiyev Operating Company” MMC-də Xarici Əlaqələr və Kommunikasiya üzrə Menecer vəzifəsində çalışan İsmayıl şirkətin xarici əlaqələlərinin və kommunikasiyasının genişləndirilməsində mühüm rol oynayıb.
İsmayıl GL-ə qoşulmazdan əvvəl İtaliya Respublikasının Bakıdakı səfirliyində xarici kommunikasiya sahəsində dərin təcrübə qazanıb.
Aparat rəhbəri kimi İsmayılın vəzifə təlimatlarına Qrupun Baş İcraçı Direktoru ilə birbaşa işləyərək ona biznesinin gündəlik idarə olunmasında kömək göstərmək, İcraiyyə Heyəti üzvlərinə qərarvermə, layihələrin idarə olunması və biznes strategiyalarının icrasında yaxından dəstək verməklə onların müvafiq tərəflərlə effektiv kommunikasiya və əməkdaşlıq qurmasına yardım etmək, vaxtın planlanması, məlumatlandırma və qərarvermə proseslərinin səmərəliliyini təmin etmək daxildir.
.