• WTI

    71,60 USD
  • Brent

    75,18 USD
  • Urals

    67.61 USD
  • Azeri Light

    80.44 USD
Taghiyev Operating Company

Biznesimiz

Taghiyev Operating Company

GL Group 2021-ci ildə özünün törəmə şirkəti olan olan “GL International LTD” MMC vasitəsilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi barədə Risk Xidmət Sazişini imzalamış və həmin ildə “Taghiyev Operating Company” MMC əməliyyat şirkətini təsis etmişdir. Bakı şəhəri və ətraf qəsəbələrin sərhədləri daxilində yerləşən bu yataqların Sazişlə əhatə olunan sahəsi 2045.04 ha-dır.

Buzovna-Maştağa yatağı

Buzovna-Maştağa yatağı Abşeron yarımadasının şimal-şərq hissəsində, Bakıdan 30 km aralıda, Maştağa və Buzovna kəndləri arasında yerləşir. Yataq tektonik cəhətdən Kürdəxanı-Maştağa-Buzovna qırışıqlığına daxildir. Bu yatağın sənaye əhəmiyyətli işlənilməsinə 1941-ci ildən başlanılıb. Yataqda bu günə kimi ümumilikdə 1335 quyu qazılıb, onlardan 135-i hazırda “Taghiyev Operating Company” MMC-nin balansındadır.

Qala yatağı

Bakıdan 28 km şimal-şərqdə Binə, Qala və Mərdəkan qəsəbələri arasında yerləşən Qala yatağı Şərqi Abşeron neftli-qazlı rayonuna aiddir. 1932-ci ilin may ayında 20 saylı quyuda ilk neft fontan vurub və quyu istismara daxil olub. Yataqda bu günə kimi ümumilikdə 1518 quyu qazılıb, onlardan 90-ı hazırda “Taghiyev Operating Company” MMC -nin balansındadır.

Zirə yatağı

Abşeron yarımadasının cənub-şərq hissəsində, Zirə kəndindən cənubda yerləşir. Bu yatağın işlənilməsinə 1957-ci ildə başlanılıb. Yataq üzrə maksimal hasilat 1959-cu ildə 163 min ton olub. Yataqda ümumilikdə 73 quyu qazılıb, onlardan 5-i hazırda “Taghiyev Operating Company” MMC-nin balansındadır.