2024-cü ildə GL Group Türkiyənin şimal-qərbində Trakya hövzəsində (Thrace Basin) yerləşən F17-b4 blokunun 100% mülkiyyətçisi olan və lisenziyasının operatoru olan Kanada şirkəti Gazelle Energy Limited şirkətində 25% səhm payını aldı. 145 km² ərazini əhatə edən bu blok 65 milyard kub fut (2P) qaz ehtiyatı kəşf olunan və artım potensialı olan qaz ehtiyatlarının qiymətləndirilməsi/işlənməsi layihəsidir.
Gazelle Energy Limited, beynəlxalq miqyasda fəaliyyət göstərən və 2018-ci ildə yaradılmış neft-qaz kəşfiyyatı və hasilatı şirkətidir. Şirkət, innovativ neft-qaz texnologiyalarından istifadə edərək yüksək mənfəətli qurum olmağı hədəfləyir. Davamlı inkişaf, təhlükəsizlik, keyfiyyət və ətraf mühitin qorunması prinsiplərinə sadiq qalaraq qoyulan sərmayələrin mənfəətini maksimuma çatdırmaq əsas məqsədidir.
Şirkətin rəhbər komandası, dünya üzrə neft-qaz yataqlarının müəyyən edilməsi, inkişaf etdirilməsi və optimallaşdırılması sahəsində uğurlu təcrübəyə malikdir. Komandanın hər bir üzvü, strateji məqsədlərin həyata keçirilməsinə töhfə verən xüsusi bacarıqlara sahibdir.
Gazelle Energy Limited haqqında daha ətraflı məlumat üçün bu səhifəyə keçid edin: www.gazelle-energy.ca