Əvvəlki illərdə olduğu kimi, GL Group əməkdaşları bu il də Bakı Marafonu 2025-də fəal iştirak etdilər. 2016-cı ildən Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan bu marafonun məqsədi idmanın inkişafını dəstəkləmək və sağlam həyat tərzini təşviq etməkdir.
Bakı Marafonu bizim üçün sadəcə bir yarış deyil — bu tədbir komanda ruhumuzu və iradəmizi gücləndirir, sağlam həyat tərzinə sadiqliyimizi nümayiş etdirir.
Bu dəyərləri marafonda iştirak etməklə bir daha nümayiş etdirən əməkdaşlarımıza xüsusi təşəkkür edirik: Əhməd Babayev, Nurlan Qaşamlı, Emil Bağıyev, Azər İsrafilov, Ləmiya Əsgərli və Leyla İsmayılova – sizinlə qürur duyuruq!