Bu gün ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun təşkil etdiyi 18-ci Bakı Yay Enerji Məktəbi öz iştirakçılarını salamlayıb.
GL Group ADA Universitetinin tərəfdaşı kimi bu proqrama sponsorluq etməklə onunla iş birliyini, eləcə də gənc peşəkarların təhsilini və karyera inkişafını diqqət mərkəzində saxladığını bir daha nümayiş etdirib. Biz öz əməkdaşlarımızın bu proqramda iştirakını dəstəkləməklə onların yetişməsinin və inkişafnın da qayğısına qalırıq.
İki həftəlik proqram zamanı alimlər, tədqiqatçılar və dövlət xadimləri bir araya gələrək qlobal çapda və Xəzər regionunda enerji məsələlərini araşdıraraq onun dərinliklərinə varacaqlar.
İştirakçılar qlobal enerji və ətraf mühit ekspertləri, həmçinin hökümət nümayəndələri və aparıcı enerji şirkətlərinin rəhbərləri ilə ünsiyyətdə olmaq fürsəti əldə edəcəklər.