GL Group-un Yataqların İdarə Edilməsi üzrə Qrup Direktoru Kənan Əliyev ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun təşkil etdiyi 18-ci Bakı Yay Enerji Məktəbinin üçüncü günündə “Ənənəvi enerjinin əsasları” sessiyasında məruzəçi qismində iştirak edib. Cənab Əliyev iştirakçılarla ənənəvi enerji sektorunda dayanıqlı enerji istehsalı təcrübələri haqqında fikirlərini bölüşüb.
O, ənənəvi enerji mənbələrinin əhəmiyyətini vurğulayaraq, onların kəşfiyyatı, hasilatı və emalında qabaqcıl texnologiyaların, xüsusilə maşın öyrənməsi və süni intellektin rolunu qeyd edib.
“Ümumiyyətlə, enerji keçidi yeni bir hadisə deyil, cəmiyyətin texnoloji və elmi tərəqqisini əks etdirən davamlı prosesdir. Ənənəvi enerji mənbələrinin inkişafı innovativ texnologiyalar və fənlərarası elmi yanaşmalar əsasında iqtisadi sabitliyin və tərəqqinin təməl daşı olaraq qalır, ” – deyə Kənan Əliyev bildirib.