GL şirkətinin Yataqların işlənməsi üzrə direktoru Kənan Əliyev şirkətin sponsoru olduğu 10-cu SPE İllik Xəzər Texniki Konfransının Strateji Panel Sessiyasında “Texniki öyrənmə, süni intellekt və neft-qaz sənayesinin yeni reallıqda gələcəyi” mövzusunda çıxış edib.
O, təqdimatında texnologiyaların sənayenin gələcəyində transformativ təsirlərindən bəhs edib. Neft-qaz sənayesində texniki biliklərin əhəmiyyətindən və dinamik şəkildə inkişaf edən süni təsirlərinə toxunan cənab Əliyev, bütün bunların gələcək imkanları barədə danışıb.
GL-in Yataqların işlənməsi üzrə meneceri Sammy Sallam Texniki Paneldə “İstismarda olan və az səmərəli yataqlarda dəyərin maksimallaşdırılması” mövzusunda çıxış edib. Onun təqdimatı bu yataqlarda dəyərin maksimuma çatdırılmasına dair həll yollarının və imkanların tətbiqi üçün effektiv strategiyaları ortaya qoyub.