21 sentyabr Beynəlxalq Sahilyanı Təmizlik Günündə GL Group-un təşəbbüsü və təşkilatçılığı, Xəzər Rayon İcra Hakimiyyəti və “ADA” Universitetinin dəstəyi ilə Şüvəlan qəsəbəsi Milqaya çimərliyində ekoloji aksiya keçirilib.
“Yaşıl dünya naminə həmrəy olaq!” şüarı altında keçirilən aksiyada GL Group-un Qrup Baş İcraçı Direktoru və Məşvərət Şurasının Sədri Asif Zeynalov, GL Group-un İcraiyyə və Rəhbər Heyətinin üzvləri və əməkdaşları, Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov və əməkdaşları, “ADA” Universitetinin tələbələri iştirak ediblər.
Aksiyada iştirak edən 100-dən çox könüllü iki hektar ərazini məişət tullantılardan təmizləyə biliblər.
Ekoloji aksiyanın sonunda ADA Universiteti tələbələrinin sosial məsuliyyətlərini və ətraf mühitə qayğı istiqamətindəki səylərini qiymətləndirmək məqsədilə onlara sertifikatlarla təşəkkür edilib.