GL Group MMC və onun afilə şirkəti Salyan Oil Limited tərəfindən Qazma Üzrə Quyu Xidmətlərinin göstərilməsi üçün elan edilən aşağıdakılardan ibarət açıq tenderdə iştirak etmək istəyən podratçıların nəzərinə:
Lot 1 – Sementləmə Xidmətləri
Lot 2 – İstiqamətli qazma və Qazma Zamanı Ölçmə / Qazma Zamanı Karotaj Xidmətləri
Lot 3 – Qazma Məhlulu və Xidmətlər
Lot 4 – Qazma yasslarının icarəsi
Lot 5 – Quyuda Tutma / Qəza Ləğvetmə Ximdətləri
Lot 6 – Qaz Karotajı Xidmətləri
Lot 7 – Boru Quraşdırma Xidmətləri
Lot 8 – Telemetrik Karotaj Xidmətləri
Lot 9 - Birləşdirmə və Sökmə (burğulama) Xidmətləri
İlkin qiymətləndirmə prosesindən keçmək üçün [email protected] imeyl adresinə müraciət edə bilərsiniz.
Müraciət edildikdən sonra sizə prekvalifikasiya sənədləri təqdim ediləcək. Təchizatçılar sözügedən sənədləri doldurub geri göndərməlidirlər.
İlkin qiymətləndirmə üçün bütün müraciətlər daxili yoxlama və qiymətləndirmədən keçərək araşdırılır.
Prekvalifikasiya sənədlərinin təqdim edilməsi GL Group və onun iştirak paylarına sahib olduğu şirkətlərin tenderlərində iştirak hüququna zəmanət vermir. Bu proses potensial təchizatçılar haqqında ilkin məlumatları təmin edir.
Prekvalifikasiya təchizatçıların GL Group və onun iştirak paylarına sahib olduğu şirkətlərin tenderlərində iştirak üçün ilkin siyahıya daxil edilməsinə zəmanət vermir.
Tenderin Nömrəsi |
Şirkət |
İşin Təsviri |
Tenderin Yekunlaşma Tarixi |
T-2024/018 |
Salyan Oil Limited |
Qazma Üzrə Quyu Xidmətlərinin Təchizatı |
16/01/2025 |