GL Group dekabrın 14-də Bakıda keçiriləcək İkinci Sənaye Təhlükəsizliyi Zirvəsinin gümüş sponsorudur.
Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası və Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq tədbirin konsept mesajı “Sıfıra doğru”dur.
Dövlət və özəl sektoru təmsil edən 400-dan çox işritakçının bir araya gələcəyi sammitdə sənaye təhlükəsizliyi, əməyin və ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi və iş yerində innovasiyalar kimi aktual mövzular müzakirə olunacaqdır.
GL Group sammitə sponsurluq etməklə sənayedə təhlükəsizliyin və davamlı təcrübələrin təşviqinə sadiqliyini bir daha nümayiş etdirir.