• WTI

    71,48 USD
  • Brent

    75,42 USD
  • Urals

    67.61 USD
  • Azeri Light

    82.67 USD
GL Group Azərbaycanda quruda ilk horizontal quyunun qazılmasına start verib

GL Group Azərbaycanda quruda ilk horizontal quyunun qazılmasına start verib

GL Group Azərbaycan tarixində ilk dəfə quruda horizontal quyunun qazılmasını nəzərdə tutan özəl qazma proqramına rəsmi olaraq start verib.

Qrupun afilə şirkəti olan Salyan Oil Limited-in Kürsəngi və Qarabağlı yataqlarının dərin qatlarında həyata keçirdiyi bu proqrama 4.000 metrlik vertikal quyunun, 5.000 metrlik dərin vertikal quyunun və horizontal hissəsi ən azı 400 metr olacaq 4.400 metrlik horizontal quyunun qazılması daxildir.

Qazma proqramı Kürsəngi və Qarabağlı yataqlarındakı qazma işlərindəki 14 illik fasiləyə son qoymaqla yanaşı, həm də müasir innovativ texnologiyalardan yararlanaraq hasilatı qaldırmaq üçün strateji fürsətdir.

Bu məqsədlərə çatmaq üçün GL Group tanınmış beynəlxalq və yerli sənaye ekspertlərini proqrama cəlb edərək eyni zamanda lokal və qlobal podratçı təşkilatlarla strateji əməkdaşlığı təmin edib.

Bu, dünyanın ən qabaqcıl təcrübələrinin proqramın hər bir mərhələsində tətbiqinə, məhsuldarlığın yüksəldilməsinə, əməliyyatların səmərəliliyinin artırılmasına və mümkün risklərin azaldılmasına imkan verəcəkdir.