• WTI

    61.31 USD
  • Brent

    64.58 USD
  • Urals

    67.61 USD
  • Azeri Light

    71.91 USD
GL Group Azərbaycanda AmCham tərəfindən təşkil olunan Üzvlər üçün May Ayı Nahar Görüşündə iştirak

GL Group Azərbaycanda AmCham tərəfindən təşkil olunan Üzvlər üçün May Ayı Nahar Görüşündə iştirak

Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Üzvlər üçün May Ayı Nahar Görüşündə iştirak etməkdən böyük məmnunluq duyduq.

GL Group-un təqdimatı Xarici Əlaqələr və Kommunikasiya üzrə Qrup Vitse-Prezidenti İlqar İbrahimli tərəfindən açıldı. O, iştirakçılara şirkətimizin əsas fəaliyyət istiqamətləri haqqında məlumat verdi.

Daha sonra GL Group-un Baş İcraçı Direktoru və Məşvərət Şurasının Sədri Asif Zeynalov tədbirin fəxri qonağı qismində çıxış edərək, GL Group-un cəsarətli bir ideyadan başlayaraq beynəlxalq miqyasda fəaliyyət göstərən enerji şirkətləri qrupuna çevrilməsi haqqında təqdimatı tədbir iştirakçıları ilə bölüşdü.

Texniki Funksiyalar və Beynəlxalq Əməliyyatlar üzrə Qrup Baş Vitse-Prezidenti Gilbert Büyler isə tədbir iştirakçılarına GL Group-un texnoloji yönümü və əməliyyat mükəmməlliyinə əsaslanan yanaşmasını təqdim etdi.

Tədbir biznes icmasının üzvləri ilə fikir mübadiləsi aparmaq, əlaqələr qurmaq və enerji sektorunda məsuliyyətli inkişaf və innovasiya üzrə baxışımızı onlara təqdim etmək üçün əhəmiyyətli platforma oldu.

Dəvətə görə Azərbaycanda Amerika Ticarət Palatasına təşəkkür edir, tədbirdə iştirak edən hər kəsə minnətdarlığımızı bildiririk.