GL Group Azərbaycan tarixində ilk dəfə olaraq quruda yerləşən dərin neft laylarına çatmaq üçün 4400 metr dərinlikdə planlaşdırılmış yanal uzunluğu təxminən 400 metr olan üfüqi neft quyusu qazacaq. Qeyd olunan üfüqi quyunun qazılması Salyan rayonundakı “Kürsəngi” və “Qarabağlı” yataqlarında qazma işlərində yaranmış 14 illik fasiləyə son qoyacaq və həmin yataqlarda üç yeni mürəkkəb dərin quyunun qazılmasını nəzərdə tutan daha irimiqyaslı qazma təşəbbüsü çərçivəsində yerinə yetiriləcək. Bu həftə GL Group həm yerli, həm də beynəlxalq qazma şirkətlərini dəvət edərək qazma xidmətləri üçün tender elan etdi (https://www.gl.world/media/news/tender-announcement/). Qazma işləri çərçivəsində GL Group-un Azərbaycanın neft-qaz sektorunda innovasiya və əməliyyat mükəmməlliyinə nail olmaq hədəflərini dəstəkləyən yeni texnologiyalardan istifadə ediləcək.
Bu ilin əvvəlində GL Group, özünün afilə şirkəti olan Taghiyev Operating Company əməliyyat şirkətinin istismar etdiyi “Buzovna-Maştağa” və “Qala” yataqlarında altı yeni quyunun qazma işlərini vaxtından əvvəl, insidentsiz və ətraf mühitə tam təsirsiz şəkildə başa çatdırıb. Hazırda bu altı quyuda hasilat ilkin proqnozları üstələyib və bu, GL Group-un əməliyyat səmərəliliyini və mükəmməl nəticələr əldə etmək prinsiplərinə sadiqliyini bir daha vurğulayır.
GL Group həmçinin özünün afilə şirkəti olan Salyan Oyl Limited əməliyyat şirkətinin istismar etdiyi “Kürsəngi” və “Qarabağlı” yataqlarında 19 il davam edən baza hasilat düşməsinə son quyub və hazırda əhəmiyyətli kapital sərmayələr qoymadan həyata keçirilən istismar səmərəliliyi proqramları sayəsində bu yataqlarda hasilat artımına da nail olub.
“Bu qazma proqramı GL Group üçün irəliyə doğru atılan mühüm addımdır. Qabaqcıl qazma metodlarının və əməliyyat səmərəliliyi təşəbbüslərinin vəhdəti regionda quruda yeni hasilat standartlarının müəyyənləşdirilməsi ilə nəticələnəcək,” deyə GL Group-un Baş İcraçı Direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov qeyd edib.
GL Group haqqında:
GL Group Azərbaycanın Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” də daxil olmaqla beş neft və qaz yatağında əməliyyatlar aparır. Şirkətlər qrupunun portfelinə “Salyan Oil Limited” və “Taghiyev Operating Company” əməliyyat şirkətləri, həmçinin neft-qaz sənayesində texniki xidmətlər göstərən “GL Technical Services” şirkəti daxildir. GL Group 2024-cü ildə ilk beynəlxalq layihəsinə imza ataraq Türkiyənin Trakya hövzəsində yüksək perspektivli qaz yatağında 100% pay sahibi olan Kanadanın “Gazelle Energy Limited” şirkətinin 25 faiz payını satın alıb. GL Group və onun strateji təşəbbüsləri haqqında ətraflı məlumatı www.gl.world saytından əldə edə bilərsiniz.