• WTI

    74.65 USD
  • Brent

    78.08 USD
  • Urals

    67.61 USD
  • Azeri Light

    86,73 USD
GL Gorup fərqlənən əməkdaşlarını "CEO Award of Excellence" mükafatı ilə təltif etdi

GL Gorup fərqlənən əməkdaşlarını "CEO Award of Excellence" mükafatı ilə təltif etdi

GL Group bu il də ənənəsinə sadiq qalaraq fərqlənən əməkdaşlarını “CEO Award of Excellence” mükafatları ilə təltif etdi.

Hər il “Neftçilər günü” peşə bayramı ilə əlaqədar olaraq keçirilən tədbirdə GL Group rəhbərliyi nailiyyətləri və müstəsna xidmətləri ilə seçilən təşəbbüskar neftçiləri təqdir edir.

Bu il GL Group-un afilə şirkəti “Salyan Oil Limited”in yeni inzibati binasının açılışı ilə əlaqədar mükafatlandırma mərasimi Salyanda keçirilib. 

GL Group və afilə şirkətlərindən olan on yeddi seçilən namizədə GL Group-un Qeup Baş İcraçı Direktor və Məşvərət Şurasının sədri Asif Zeynalov və SOCAR-ın Vitse-prezidenti Arzu Cavadova tərəfindən mükafatlar təqdim edildi.

Bir daha həmkarlarımızı səmimi qəlbdən təbrik edir və uğurlarının davamını diləyirik.