• WTI

    69.53 USD
  • Brent

    73.03 USD
  • Urals

    67.61 USD
  • Azeri Light

    82.44 USD
Asif Zeynalov 18-ci Bakı Yay Enerji Məktəbində açılış nitqi ilə çıxış etdi

Asif Zeynalov 18-ci Bakı Yay Enerji Məktəbində açılış nitqi ilə çıxış etdi

GL Group-un Baş İcraçı Direktoru və Məşvərət Şurasının Sədri Asif Zeynalov ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun təşkil etdiyi 18-ci Bakı Yay Enerji Məktəbinin açılışında çıxış edib. 

O, ənənəvi enerji mənbələri ilə bərpa olunan enerji mənbələri arasında balansın gözlənilməsinin vacibliyini vurğulayıb: “GL Group olaraq biz inanırıq ki, bərpa olunan enerjiyə keçid nə qədər zəruri olsa da, bu hazırkı ənənəvi enerji mənbələrinin önəmini unutmamaq şərti ilə balanslı şəkildə həyata keçirilməlidir”.

Asif Zeynalov iştirakçıları bir-biriləri ilə ünsiyyət qurmağa, bilik mübadiləsi aparmağa dəvət edib və onlara uğurlar arzulayıb.