14 dekabr tarixində GL Group İkinci Sənaye Təhlükəsizliyi Zirvəsində fəal iştirak edərək, sənayedə təhlükəsiz və davamlı təcrübələrin təşviqinə olan öhdəliyini bir daha vurğuladı.
GL Group, Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası və Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun təşkil etdiyi tədbirin gümüş sponsorlarından biri kimi sammitdə aktiv iştirak etdi.
Konfransın əsas məruzəçilərindən biri, GL Group-un afilə şirkəti Taghiyev Operating Company-nin Baş meneceri Nadir Əfəndiyev, sənaye təhlükəsizliyi və davamlı inkişaf sahəsində mövcud problemlərin həllində enerji sektorunda əməkdaşlıq və innovasiyaların inkişaf etdirilməsi ilə bağlı dəyərli fikirlərini iştirakçılarla bölüşdü.
Bu sammit, GL Group-a sənayenin qabaqcıl nümayəndələri ilə əlaqə yaradaraq onlarla əməliyyatların təhlükəsizliyini artırmaq haqqında fikir mübadiləsi aparmaq və Azərbaycanda davamlı inkişafa öhdəliyini bir daha vurğulamaq üçün faydalı platforma təqdim etdi.