• WTI

    63,26 USD
  • Brent

    67,24 USD
  • Urals

    63,31 USD
  • Azeri Light

    75,43 USD
GL Group-un İdarəetmə Komandası ADIPEC 2025-də iştirak edib

GL Group-un İdarəetmə Komandası ADIPEC 2025-də iştirak edib

GL Group idarəetmə komandasının üzvləri 3–6 noyabr tarixlərində Əbu-Dabidə keçirilən və dünyanın müxtəlif ölkələrindən 205,000-dən çox iştirakçını bir araya gətirən ADIPEC 2025 tədbirində iştirak edib.

1,800-dən çox spiker və 12 proqramdan ibarət zəngin məzmunu ilə enerji sənayesinin aparıcı beynəlxalq tədbirlərindən biri olan ADIPEC qlobal liderləri, siyasətçiləri və innovatorları bir araya gətirərək dayanıqlı və məsuliyyətli enerjinin gələcəyi ilə bağlı dialoqu formalaşdırıb.

Sərgidə şirkətimizdən, Baş İcraçı Direktor və Məşvərət Şurasının Sədri, Asif Zeynalov, Texniki Funksiyalar və Beynəlxalq Əməliyyatlar üzrə Qrup Baş Vitse-Prezidenti, Gilbert Büyler, Azərbaycandakı Əməliyyatlar üzrə Qrup Baş Vitse-Prezidenti, Elman Seyidov, Qrupun Baş Maliyyə Direktoru, Emil Cəbrayılzadə, Aparat rəhbəri, İsmayıl Dadaşov iştirak edərək beynəlxalq tərəfdaşlarla və sənaye nümayəndələri ilə dəyərli görüşlər keçirib, səmərəliliyin artırılması, innovasiyaların təşviqi və məsuliyyətli enerji həllərinin inkişafı mövzusunda fikir mübadiləsi aparıblar.

Bu kimi qlobal platformalarda iştirakımız enerji sektorunun transformasiyasına töhfə vermək, həmçinin daha dayanıqlı və qarşılıqlı əlaqəli enerji gələcəyinin qurulması istiqamətində səylərimizi bir daha nümayiş etdirir.