• WTI

    63,26 USD
  • Brent

    67,24 USD
  • Urals

    63,31 USD
  • Azeri Light

    75,43 USD
GL Group 2025-ci il 4 sentyabr tarixində Türkiyənin İzmir şəhərində keçirilən 4-cü Türkiyə–Azərbaycan Enerji Forumunda iştirak edib.

Forum iki ölkə arasında enerji sahəsində əməkdaşlığı müzakirə etmək, sektorda baş verən yenilikləri paylaşmaq və dövlət və özəl sektor iştirakçıları arasında əməkdaşlıq imkanlarını araşdırmaq üçün platforma təmin edib.

GL Group-u tədbirdə Azərbaycandakı Əməliyyatlar üzrə Qrupun Baş Vitse-Prezidenti Elman Seyidov, Yataqların İdarəedilməsi üzrə Qrup Direktoru Kənan Əliyev və Salyan Oil Limited-in Baş Meneceri Ramil Əsgərov təmsil ediblər.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın da iştirak etdikləri forumda əsas müzakirə mövzuları karbohidrogen və neft-kimya sənayesi, bərpa olunan enerji, elektrik bazarları və ötürülmə, tənzimləmə, enerji səmərəliliyi və mədən sənayesi olmuşdur.

Forum çərçivəsində iki ölkə enerji sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə Forum Protokolunu imzalayıblar.

GL Group-un bu forumda fəal iştirakı onun enerji sahəsində əməkdaşlığın inkişafına və regional enerji sektorunun dəstəklənməsinə töhfə vermək səylərini bir daha nümayiş etdirir.