• WTI

    90.98 USD
  • Brent

    96.28 USD
  • Urals

    85.15 USD
  • Azeri Light

    95.43 USD
GL-in rəhbərlik heyəti Bakı Enerji Həftəsində iştirak edib

GL-in rəhbərlik heyəti Bakı Enerji Həftəsində iştirak edib

Bakı Enerji Forumunun Bürünc sponsor olan GL şirkəti forumun müxtəlif sessiyalarında təmsil olunub.
GL şirkətinin Baş İcraçı Direktoru Asif Zeynalov “Xəzərdə istehsal imkanları: GL-in uğur yolu” mövzusunda təqdimatla çıxış edib. Cənab Zeynalov, Xəzər regionunda istehsal imkanlarının həm Azərbaycanın coğrafi mövqeyi, həm də uğurlu infrastruktur layihələr baxımından çox əlverişli olduğunu vurğulayıb. Asif Zeynalov pandemiyaya, neftin qiymətinin dəyişkənliyinə və logistik çətinliklərə baxmayaraq, şirkətin dayanıqlılıq nümayiş etdirdiyini qeyd edərək, GL-in bazarda uğurlu addımlar atdığını bildirib.
GL-in İnsan resursları, tədris və inkişaf üzrə vitse-prezidenti Fəridə Ağayeva “Uğurlu enerji keçidini təmin etmək üçün enerji sənayesi işçilərinin yenidən hazırlanması” mövzusunda panel müzakirələrdə çıxış edib. O, enerji sənayesinin gənc mütəxəssislərinin “rəqəmsal nəsil” olduğunu bildirib. Fəridə Ağayeva əlavə edib ki, onlar biznes, sosial və ekoloji məsələlərə kifayət qədər əhəmiyyət verən, olduqca təşəbbüskar, komanda ruhu yüksək və yaxşı təhsilli gənclərdir.
GL-in Quyular və qazma üzrə direktoru David Triolo isə Xəzər Neft və Qaz Sərgisində “Neft- qaz quyuları üzrə yeni qazma üsulları” mövzusunda çıxış edib.