WTI
71,60 USDBrent
75,18 USDUrals
67.61 USDAzeri Light
80.44 USDÜzv
Gilbert Buehler 2024-cü ilin aprel ayında Məşvərət Şurasının üzvü təyin edilib.
Cənab Buehler 2024-cü ilin oktyabr ayında GL Group-un Texniki funksiyalar və beynəlxalq əməliyyatlar üzrə Baş vitse-prezidenti təyin edilib.
O, yataqların işlənməsi, layların idarə olunması sahəsində 35 ildən artıq təcrübəyə malikdir.
Gilbert dünya səviyyəli rezervuarlarda hasilatın idarə edilməsi ilə sürətli reaksiya və nəticə əldəetmə bacarıqlarını birləşdirərək köhnə yataqların yenidən işlənməsi və istehsalın optimallaşdırılması sahəsində beynəlxalq təcrübə qazanıb.
GL şirkətindən əvvəl o, bp və “Exxon” şirkətlərində bir çox vəzifələrdə çalışıb. Gilbert bp Rusiyada vitse-prezident, Sibirdə bp və “Rosneft”in yenidən işlənilmə layihəsinin rəhbəri olub. Eləcə də, “İraq-Kürdüstan” layihəsi üzrə Baş direktor və “Middle East Oil” şirkətində Layların işlənməsi üzrə vitse-prezident və İraqın Bəsrə vilayətində Rumaila yatağı üzrə Layihə rəhbəri kimi çalışıb. O, Rusiyada TNK-bp üçün İşlənmiş yataqlar üzrə direktor, ABŞ-də Pryuds körfəzi yatağları üzrə Layların işlənilməsi üzrə direktor kimi fəaliyyət göstərib.
Gilbert ABŞ, Kanzas Universitetinin Neft Mühəndisliyi üzrə bakalavr təhsili alıb.