• WTI

    69.06 USD
  • Brent

    71,90 USD
  • Urals

    67.61 USD
  • Azeri Light

    81,16 USD

Ramil Əsgərov

Baş Menecer

Ramil 2022-ci ilin yanvar ayında GL Group-un operatoru olduğu “Salyan Oil Limited” şirkətinin Baş meneceri vəzifəsinə təyin edilib.

Neft və qaz sənayesində 25 ildən çox təcrübəyə malik Ramil SOCAR-da Neft Daşları üzrə Əməliyyat İstehsalı üzrə Nəzarətçisi, Azəri-Çıraq-Günəşli platformalarında Əməliyyatlar üzrə İstehsalat Rəhbəri, Əməliyyat Qrupu Rəhbəri və müxtəlif dəniz Platformalarında Menecer, həmçinin bp üçün Əməliyyat işləri üzrə Menecer kimi texniki və rəhbər vəzifələrdə çalışıb. O, 2018-ci ildə bp-də yeni iş üsullarının və yeni təşkilat strukturunun tətbiqinə rəhbərlik edib.

Ramil Azərbaycan Dövlət Neft Akademiyasından Neft və Qaz yataqlarının işlənməsi və istismarı mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsini qazanıb.

Ramil 2019-cu ildə SOCAR-ın prezidenti tərəfindən Azərbaycanın neft sənayesinin inkişafında xidmətlərinə görə "Fəxri neftçi" döş nişanı ilə təltif edilib.