• WTI

    69.06 USD
  • Brent

    71,90 USD
  • Urals

    67.61 USD
  • Azeri Light

    81,16 USD

Nurlan Qəşəmli

İdarəedici Direktor

Nurlan Qəşəmli 2024-cü ilin avqust ayında GL Technical Services LTD şirkətinin İdarəedici Direktoru vəzifəsinə təyin edilib.

Nurlan neft-qaz sənayesində 20 ildən artıq təcrübəyə malik olan və köhnə yataqların işlənməsi üzrə ixtisaslaşmış peşəkardır. O, “Bahar Enerji Əməliyyat Şirkəti" və GL Group-un aktivləri üzrə həm dənizdə, həm də quruda olan yataqların işlənməsi üzrə quyularda əsaslı təmir, müdaxilələr və tamamlama işləri daxil olmaqla mürəkkəb əməliyyatlarda çoxşaxəli qruplara rəhbərlik edib.

Onun rəhbərliyi altında bir çox quyularda mürəkkəb təmir əməliyyatları aparılmaqla yenidən hasilata qaytarılıb. Nurlan, həmçinin uzunmüddətli layihələrdə texniki və kommersiya effektivliyini təmin etmək və yataqların səmərəliyini artırmaq məqsədilə çoxsaylı bölmələrə rəhbərlik etməklə yeni texnologiyaların inteqrasiyasını həyata keçirərək şirkətin təkmilləşdirmə planına töhfə verib.

Nurlan Azərbaycan Dövlət Neft və Sənaye Universitetində və Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr dərəcəsi üzrə təhsil alıb. O, Dyuk Universitetinin Neft-Qaz Əməliyyatları və Bazarları, Böyük Britaniyanın "Petro Skills CUE" və Aberdin Qazma Məktəbinin sertifikatlarına sahibdir. Nurlan həm də Neft Mühəndisləri Cəmiyyətinin üzvüdür.